Ədliyyə Nazirliyində 2022-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib
Ötən il 15 mindən çox vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb

Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formatda kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, çıxış edən nazir 2022-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, xalqımızın Ümummilli Lideri, bu il 100 illiyini qeyd etdiyimiz dahi Heydər Əliyevin ideya və amallarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək respublikamızın sosial-iqtisadi tərəqqisini, beynəlxalq reytinqlərdə dayanıqlı inkişafına görə yüksək pillədə qərarlaşdığını vurğulayıb
.

Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımız dövlətimizin öz gücü hesabına sürətlə bərpa olunur, bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr gerçəkləşdirilir. Bütün bunlar dövlətimizin dünyada iqtisadi qüdrətini nümayiş etdirir.

İclasda torpaqlarımızın bərpasına ciddi əngəl törədən ərazilərimizin minalanması və bu məsələdə dəstək göstərilməsi ilə bağlı nazirlik tərəfindən bir çox xarici və beynəlxalq tərəfdaşlara müraciətlər edildiyi diqqətə çatdırılıb.

Kollegiyada nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən tədbirlər ətraflı təhlil olunaraq məlumat verilib ki, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılaraq ötən il 15 mindən çox vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi dairəsi genişləndirilir. İl ərzində e-xidmətlərindən istifadə sayı 2,4 milyonu ötüb.

Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması notariat və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı əməliyyatların çoxalmasına səbəb olub. İl ərzində 4,7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının 10 faizədək artması məmnunluq doğurur. Eyni zamanda boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və nazirlik tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.

Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək yarım milyondan çox sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,4 milyard manat, o cümlədən aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib.

İclasda yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodoloji yardımın göstərilməsi üzrə görülən tədbirlər qeyd olunub, nazirlik tərəfindən inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı hazırlanmış 2022-ci il üzrə illik məruzə müzakirə olunaraq Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada nazir müavinlərinin, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin, nazirliyin struktur və regional ədliyyə qurumlarının rəislərinin çıxışları dinlənilib.

Görülmüş işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqlar qeyd olunub, dövlət başçısının insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl edilməsi, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı tələblərin daim rəhbər tutularaq nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət olunması vurğulanıb.

Eyni zamanda, ədliyyənin inkişafına dair Dövlət Proqramının icrasının daim diqqətdə saxlanılması qeyd olunub, fəaliyyətin Azərbaycan Prezidentinin tələbləri səviyyəsində müasirləşdirilməsi, büdcə vəsaitlərindən qənaətlə istifadə olunması, məhkəmə qərarlarının icrası, istintaq, penitensiar, probasiya sahəsində işin səmərəliliyinin artırılması, yerli qurumlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, regional ədliyyə idarələrinin işinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi ilə bağlı və digər aidiyyəti konkret tapşırıqlar verilib.

Nazir F.Məmmədov dövlətimizin başçısının 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə dahi öndərin 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının Ümummilli Liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürü olduğunu xüsusilə vurğulayıb. Bu münasibətlə nazirlik tərəfindən keçirilən silsilə tədbirləri, o cümlədən gənc ədliyyə işçiləri ilə, bölgələrdə vətəndaşlar və hüquq ictimaiyyəti ilə keçirilən konfrans və “açıq qapı” günlərini, nazirliyin saytında yeni yaradılmış “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasını qeyd edib. 2023-cü ildə ədliyyə işçilərinin xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirmək, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq dövlətimizin hərtərəfli tərəqqisi naminə Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqlarını vurğulayıb.

Sonda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Ədliyyə Nazirliyində 2022-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

Son xəbərlər

“Ölkəmiz 159 milyard dollar daha varlı olardı”

Bakıda iki məşhur park birləşdirilir - FOTO

Güler Modriç və Krossu geridə qoydu

Aleyna Tillki ömürlük həbs oluna bilər

ONUN BÖYÜK ÜRƏYİ yaxud SÖZƏ BAĞLI İNSAN - FOTOLAR

Tehrandan Ağ Evə təkzib - “Hələlik görüş qərarı yoxdur”

Ağakərim Nafizin yaradıcılıq gecəsi keçirildi - Fotolar

Məşhur aktyor “Eşref Rüya”da - FOTO

Vətən qızı Brilyant Atəş : Dəyərli qardaşım Barat Vüsalın 75 illiyinə- FOTO

Cəvahir Qaraqızı : Polkovnik Ramiz Musayevin doğum gününü böyük qürur hissi ilə qeyd edirik - FOTO

Dondurmanın bu faydalarını bilmirdiniz

Süni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?

Murad Arifdən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

“Bizə qarşı açıq müharibə elan edilib”

“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”

Bu xəstəlikləri olanlar skuter sürməsin - Həkimdən ciddi xəbərdarlıq

Tanınmış model indi çörək satır - FOTO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın"

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi medal qazanıb

Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub

Bakıda Atatürk və Antena parkları birləşdirilir

Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib

Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir

İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930