Ədliyyə fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşir
Dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında ədliyyə orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çıxış edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti ilə son 18 ildə Azərbaycanın dünyada sürətlə inkişaf edən ən islahatçı dövlətə çevrildiyini, ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətinin artdığını, xalqımızın dəmir yumruq kimi sıx birləşdiyini qeyd edərək, Vətən müharibəsində parlaq qələbəmizin təmin edildiyini vurğulayıb.

2021-ci ildə Böyük Qələbənin ilk ildönümünün qalib xalq kimi yüksək qürur hissi ilə qeyd edildiyi, işğaldan azad edilmiş doğma torpaqlarımızın dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nəhəng bərpa-quruculuq işləri aparılmaqla göz önündə dirçəldiyi bildirilib.

Dövlət başçısının təşəbbüsü ilə noyabrın 5-də Zəfər Günü münasibətilə amnistiya qərarının qəbulu ölkə Prezidentinin humanizm siyasətinin növbəti təzahürü olmaqla minlərlə ailəyə böyük sevinc hissi bəxş etdiyi vurğulanıb, ədliyyə orqanları tərəfindən bu humanist aktın təxirəsalınmadan, mütəşəkkil qaydada icrası üzrə görülən tədbirlər qeyd olunub.

Bildirilib ki, ötən müddətdə amnistiyanın təsiri altına düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb və 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidmət üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb. Hazırda amnistiya qərarının icrası davam edir.

İclasda ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində islahatların davam etdirildiyi, 2021-ci ildə üç yeni yüksək texnoloji məhkəmə bina və komplekslərinin istifadəyə verildiyi diqqətə çatdırılıb.

Həmçinin Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağı görülən tədbirlər qeyd edilərək, bu mühüm sənədlərin vaxtında və mütəşəkkil icrasının vacibliyi vurğulanıb.

Kollegiyada ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə cari ildə görülmüş işlər təhlil edilərək məlumat verilib ki, qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik tərəfindən iqtisadi, sosial və digər aktual məsələlərlə bağlı ötən illə müqayisədə 35 faiz çox – 2400-ə yaxın hüquqi akt layihəsi hazırlanıb, 3400-dən çox akt ekspertizadan keçirilib.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ictimaiyyət üçün daim açıq saxlanılan və mütəmadi yenilənən milli qanunvericiliyin vahid elektron resursuna (e-qanun.az) daxilolmaların sayı 2,8 milyonu ötüb ki, bu da ötən illə müqayisədə 25 faiz çoxdur.

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4,3 milyonu ötüb. Həmçinin 111 mindən çox doğum qeydə alınıb, habelə nikahların sayı xeyli artaraq 55 mini keçib.

Kollegiyada nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq bir sıra mötəbər beynəlxalq forumlarda iştirak edildiyi, ədliyyə sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi çərçivəsində Estoniya ilə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı və sənədin ölkə Prezidentinin 20 dekabr 2021-cil tarixli Fərmanı ilə təsdiq edildiyi diqqətə çatdırılaraq Memorandumun səmərəli implementasiyası ilə bağlı tapşırıqlar verilib.

Eyni zamanda, qarşıda duran vəzifələr müzakirə olunaraq, ədliyyə fəaliyyətinin dövlət başçısının yüksək tələbləri səviyyəsində qurulması, yol verilən xarakterik nöqsanların səbəb və şəraitinin aradan qaldırılması, vətəndaşlara layiqli xidmətlər göstərməklə məmnunluğun təmin edilməsi, şəffaflığın artırılması, ictimai iştirakçılığın səmərəli tətbiqi ilə bağlı tapşırıqlar verilib, növbəti ildə prioritet istiqamətlər üzrə görüləsi konkret tədbirlər müəyyən edilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələri təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

“Ölkəmiz 159 milyard dollar daha varlı olardı”

Bakıda iki məşhur park birləşdirilir - FOTO

Güler Modriç və Krossu geridə qoydu

Aleyna Tillki ömürlük həbs oluna bilər

ONUN BÖYÜK ÜRƏYİ yaxud SÖZƏ BAĞLI İNSAN - FOTOLAR

Tehrandan Ağ Evə təkzib - “Hələlik görüş qərarı yoxdur”

Ağakərim Nafizin yaradıcılıq gecəsi keçirildi - Fotolar

Məşhur aktyor “Eşref Rüya”da - FOTO

Vətən qızı Brilyant Atəş : Dəyərli qardaşım Barat Vüsalın 75 illiyinə- FOTO

Cəvahir Qaraqızı : Polkovnik Ramiz Musayevin doğum gününü böyük qürur hissi ilə qeyd edirik - FOTO

Dondurmanın bu faydalarını bilmirdiniz

Süni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?

Murad Arifdən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

“Bizə qarşı açıq müharibə elan edilib”

“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”

Bu xəstəlikləri olanlar skuter sürməsin - Həkimdən ciddi xəbərdarlıq

Tanınmış model indi çörək satır - FOTO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın"

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi medal qazanıb

Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub

Bakıda Atatürk və Antena parkları birləşdirilir

Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib

Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir

İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930