Azərbaycan Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Aprelin 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formada geniş kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və regional ədliyyə idarələrinin rəhbərləri iclasda videoformatda iştirak ediblər.

Kollegiyada Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə verdiyi tapşırıqlardan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.

Çıxış edən nazir dövlət başçısının rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisini, hərtərəfli inkişafa xidmət edən mütərəqqi islahatları vurğulayıb, Vətən müharibəsində böyük Qələbəmiz nəticəsində azad edilmiş doğma torpaqlarımızda ölkə başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə aparılan nəhəng bərpa və quruculuq işlərinin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə, bütövlükdə ölkəmizin ümumi inkişafına və təhlükəsizliyinə xidmət etdiyini bildirib.

İclasda qarşıda duran ən mühüm vəzifənin işğaldan azad edilmiş ərazilərin bərpası olduğu vurğulanıb, bununla bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanları tərəfindən fəaliyyətin mərkəzləşdirilmiş qaydada, aidiyyəti qurumlarla koordinasiyada həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılması ilə bağlı tədbirlər müzakirə olunub.

Vətən müharibəsində torpaqlarımızın azad olunması ilə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması, eyni zamanda sosial dövlətin yeni modelinin bərqərar olması, insanların yüksək sosial rifahının təmin edilməsi korrupsiyadan azad və şəffaf mühitin formalaşmasını şərtləndirib.

Kollegiyada dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı, bu sahədə həyata keçirilən tədbirlərin sistemli, kompleks və innovativ xarakteri ilə seçildiyi vurğulanaraq antikorrupsiya fəaliyyətinin davamlılığının təmin olunması məqsədilə ölkə Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üzrə Milli Fəaliyyət Planı”nın müstəsna əhəmiyyəti qeyd olunub.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, dövlət idarəçiliyində şəffaflığın artırılması, vətəndaş məmnunluğuna nail olunması, ictimai iştirakçılığın təşviqi, innovativ və elektron xidmətlərin tətbiqi üzrə görülən tədbirlərdən danışılaraq Milli Fəaliyyət Planından irəli gələn ədliyyə orqanlarının vəzifələrinin icrası müzakirə edilib.

İclasda bu mühüm sənədin vaxtında və mütəşəkkil icrasının təmin edilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaşlara göstərilən ədliyyə xidmətlərinin səmərəliliyinin artırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tədbirlərin yekunlaşdırılması, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, məhkəmə ekspertləri, sahibkarlıq subyektləri, eləcə də bələdiyyə nümayəndələri üçün treninqlərin və maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı və digər tapşırıqlar verilib, cari il üzrə əsas prioritetlərə dair tədbirlər müəyyən edilib.

Eyni zamanda, beynəlxalq antikorrupsiya fəaliyyətinə mühüm önəm verilərək ədliyyə nazirinin vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işinə ölkəmizin töhfələri qeyd edilib, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı Milli Fəaliyyət Planından irəli gələn tapşırıqların icrası diqqətə çatdırılıb.

İclasda nazirliyin ikitərəfli və beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunularaq Gürcüstan ədliyyə nazirinin ötən ay Azərbaycana səfəri zamanı imzalanmış Əməkdaşlıq Memorandumunun implementasiyası ilə bağlı tədbirlər müəyyən edilib. Eyni zamanda, bu ərəfədə geniş təqdimatı keçirilmiş və Ədliyyə Nazirliyinin əsas tərəfdaşlarından olan Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin icrasının təşkili müzakirə edilib, konkret tapşırıqlar verilib.

Kollegiyada ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin yaxşılaşdırılması, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin olunması məsələləri müzakirə olunaraq nazirliyin regional ədliyyə idarələrinin rolunun artırılmasına, yerli ədliyyə orqanları ilə əlaqəli işin və nəzarətin gücləndirilməsinə dair tədbirlər müəyyən edilib, insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılaraq yerlərdə qəbulların genişləndirilməsi ilə bağlı və digər aidiyyəti tapşırıqlar diqqətə çatdırılıb.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələrinə baxılaraq təsdiq edilib, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan 40-dək qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

“Ölkəmiz 159 milyard dollar daha varlı olardı”

Bakıda iki məşhur park birləşdirilir - FOTO

Güler Modriç və Krossu geridə qoydu

Aleyna Tillki ömürlük həbs oluna bilər

ONUN BÖYÜK ÜRƏYİ yaxud SÖZƏ BAĞLI İNSAN - FOTOLAR

Tehrandan Ağ Evə təkzib - “Hələlik görüş qərarı yoxdur”

Ağakərim Nafizin yaradıcılıq gecəsi keçirildi - Fotolar

Məşhur aktyor “Eşref Rüya”da - FOTO

Vətən qızı Brilyant Atəş : Dəyərli qardaşım Barat Vüsalın 75 illiyinə- FOTO

Cəvahir Qaraqızı : Polkovnik Ramiz Musayevin doğum gününü böyük qürur hissi ilə qeyd edirik - FOTO

Dondurmanın bu faydalarını bilmirdiniz

Süni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?

Murad Arifdən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

“Bizə qarşı açıq müharibə elan edilib”

“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”

Bu xəstəlikləri olanlar skuter sürməsin - Həkimdən ciddi xəbərdarlıq

Tanınmış model indi çörək satır - FOTO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın"

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi medal qazanıb

Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub

Bakıda Atatürk və Antena parkları birləşdirilir

Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib

Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir

İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930