Xəbərlər
29.01.2023, 22:54
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıda - FOTO
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyəti və onların ailə üzvləri Bakıya təxliyə edilib.
Turaztv.az Trend-ə istinadən bildirir ki, səfirliyin heyəti və onların ailə üzvləri xüsusi reyslə Tehrandan Bakıya gətirilib. Artıq təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Məqaləyə dair fotomateriallar:

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay