Ötən gün xəstəxana qarşısında yaranan növbə ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən gün Bakıda 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında uzun növbə yaranıb. Növbədə dayanan şəxslər icbari tibbi sığorta xətti ilə xəstəxanaya üz tutanlar olub.

Turaztv.az AZİNFORM.AZ -a istinadən xəbər verir ki, məsələ ilə bağlı “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, çəkiliş aparılan müddət ərzində Nərimanov Tibb Mərkəzinə 1541 ambulator, 44 stasionar olmaqla, ümumilikdə 1585 müraciət daxil olub. Həmin xəstələr 6000-dən çox xidmətdən yararlanıblar. Bu xidmətlərə ixtisaslı həkim müayinəsi, ultrasəs müayinəsi, laborator analizlər və sair kimi xidmətlər daxildir:

“İcbari tibbi sığortanın tətbiqi ilə daha öncə vətəndaşlar ilk növbədə sahə həkiminə müraciət etməli idilər, onun göndərişi əsasında isə ixtisaslı həkimlərə yönləndirilirdilər. Hazırda isə vətəndaşların xidmətlərə əlçatanlığı öz həllini tapsın deyə onlar birbaşa ixtisaslı həkimə müraciət edə bilirlər, artıq ailə həkiminə müraciət zərurəti yoxdur. İxtisaslı həkimdən yardım üçün çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laboratar müayinələr artır. Bu da bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur”.

Qurumdan o da bildirilib ki, bunu tənzimləmək üçün gələcəkdə müxtəlif addımların atılması müzakirə olunur.

“Məsələn, “e-tabib” tətbiqi vasitəsilə randevu almaq, onlayn şəkildə qeydiyyata alınmağın mümkünlüyü bu növbələrin qarşısını almağa kömək edə bilər.

Vətəndaşlarımız birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, həmçinin növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda ola bilərlər. Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə göndərəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına da qənaət edəcək. Ailə həkiminin təyinatı olmadan xəstə sağlamlıq vəziyyətini düzgün qiymətləndirməyə bilər. Məsələn, baş ağrısı səbəbi ilə terapevt qəbuluna gedəcək, amma əslində nevropatoloq qəbuluna getməlidir”.

Son xəbərlər

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930