Şagirdlərə nəzarəti itirərək rəzil duruma düşən müəllimin çalışdığı məktəb məlum oldu


Bakıda müəllimin şagirdlərə şiddət göstərməsi əks olunan görüntü yayılıb. Görüntülərin hansı təhsil ocağına aid olduğu məlum olub.

Turaztv.az Oxu.az-a istinadla xəbər verir ki, dərs zamanı şagirdlərə nəzarəti tamamilə itirən, nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr səsləndirərək onlara qarşı şiddət tətbiq edən orta yaşlı müəllim 59 nömrəli tam orta məktəbdə dərs deyir.

Məktəbdən bildirilib ki, 19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb:

"Müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib".

"Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər", - deyə qeyd edilib.

Bakı Şəhər Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 59 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verilib:

"Məktəbin və müəllimin nüfuzuna xələl gətirən, tədris prosesinə uyğun olmayan bu kimi hallar yolverilməzdir. Ümumi təhsil məktəblərində müəllim-şagird münasibətlərinin tənzimlənməsinə hər zaman xüsusi önəm verilir, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi, müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır. Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin qorunması, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması, uşaqların psixoloji dayanıqlılığının artırılması, müəllim-şagird və məktəb-valideyn münasibətlərinin tənzimlənməsi təhsil müəssisələri rəhbərlərinin qarşısında duran əsas vəzifələrdəndir".

My Webpage

Son xəbərlər

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031