Turaztv.az » Xəbərlər » Helikopter qəzasında ölən nazir cəbhə xəttinə gedirmiş
Xəbərlər

Helikopter qəzasında ölən nazir cəbhə xəttinə gedirmiş

18.01.2023, 14:27 331
Helikopter qəzasında ölən nazir cəbhə xəttinə gedirmiş

"Brovarıda helikopterin qəzaya uğraması nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi döyüş əməliyyatlarının getdiyi qaynar nöqtələrdən birinə uçurdu".

Turaztv.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko brifinqdə bildirib.

"Daxili işlər naziri ölkəmizin qaynar nöqtələrindən birinə helikopterlə gedirdi", - Timoşenko bildirib.

Bununla yanaşı, Timoşenko Daxili İşlər Nazirliyinin strukturlarının işləməkdə və öz funksiyalarını yerinə yetirməkdə davam etdiyini açıqlayıb.

Oxşar xəbərlər