Turaztv.az » Xəbərlər » İbrahim Kalın: Türkiyə Ukraynada atəşkəsin uzadılmasına ümid edir
Xəbərlər

İbrahim Kalın: Türkiyə Ukraynada atəşkəsin uzadılmasına ümid edir

08.01.2023, 01:41 773
İbrahim Kalın: Türkiyə Ukraynada atəşkəsin uzadılmasına ümid edir
Türkiyə Rusiyanın Ukraynada bütün təmas xətti boyunca elan etdiyi atəşkəsin uzadılacağına ümid edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “A Haber” telekanalında deyib.

“Bizim fikrimizcə, atəşkəs 36 saat deyil, daha çox davam etməlidir”, - deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, indiyədək münaqişə tərəfləri bu məsələ ilə bağlı vahid qərara gələ bilməyiblər ki, bu da onların düşdüyü çıxılmaz vəziyyətdən xəbər verir.

Oxşar xəbərlər