Turaztv.az » Xəbərlər » ABŞ Dövlət Departamenti rəsmi sənədlərdə Türkiyənin adının dəyişdirilməsini təsdiqləyib
Xəbərlər

ABŞ Dövlət Departamenti rəsmi sənədlərdə Türkiyənin adının dəyişdirilməsini təsdiqləyib

07.01.2023, 00:35 407
ABŞ Dövlət Departamenti rəsmi sənədlərdə Türkiyənin adının dəyişdirilməsini təsdiqləyib
ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyənin ingiliscə yeni yazısı olan “Turkiye”dən istifadə ediləcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə dekabrın 6-da ABŞ Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamenti yeni rəsmi sənədlərdə Türkiyənin “Turkey” deyil, “Turkiye” yazılması barədə göstəriş verib.

Qeyd edək ki, bu addım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın sonuna Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində atılıb. Səfər zamanı Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı rəsmi Ankaranın mövqeyi müzakirə olunacaq.

Oxşar xəbərlər