Prezident onlara yüksək VƏZİFƏ VERDİ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavinləri təyin olunub.


Turaztv.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elnur Bağırov, Cəfər Babayev və İlqar Həsənov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavinləri təyin olunub.
Elnur Bağırov Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 1995-ci ildə “Philip Morris” şirkətində başlayıb, “Coca-Cola”, “İmperial Tobacco” kimi şirkətlərdə rəhbər vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
İxtisasca hüquqşünas olan Cəfər Babayev Bakı Dövlət Universitetində Beynəlxalq hüquq, “Chevening” Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində Beynəlxalq iqtisadi hüquq, həmçinin İspaniyanın “İE Biznes” Məktəbində MBA üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 2002-ci ildə “Baker & Mckenzie - Cis Ltd” şirkətində hüquqşünas olaraq başlayıb. Cəfər Babayev bir sıra təşkilat və özəl şirkətlərdə hüquq, biznesə dəstək, korporativ idarəetmə üzrə müxtəlif vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.
İlqar Həsənov təhsilini Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə alıb, York Universitetinin “Schulich” Biznes Məktəbinin məzunudur. Müxtəlif özəl şirkətlərdə iqtisadçı, direktor, eləcə də müstəqil biznes məsləhətçisi olaraq çalışıb. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edib.

Son xəbərlər

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31