Xəbərlər
29.11.2022, 23:04
Xəzər rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib
Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı - 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu - 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi - 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay