Xəbərlər
7.10.2022, 23:16
Gözümü əbədi yummaq istədim
Saçım sığal üçün qəribsəyəndə,
Allahdan atalıq ummaq istədim.
Dözməyib dünyanın işgəncəsinə,
Gözümü əbədi yummaq istədim.
İnsan hər yaşında naçar olurmuş,
Həzin duyğuları yerə yenəndə.
Əl açar bir ovuc qəzəb dilənər,
İçində bir yetim həsrət dinəndə.
Əzazil olmaqçün Allahım, mənə-
Nolar çoxu kimi kin-küdurət ver.
Mən də ürək qırım, könül dağlayım,
Bunu bacarmağa bir məharət ver.
Laləli dağımı yeksan eyləyib,
Rəssam fitrətiylə çəkdi sinəmə.
Xəyalım düzündə sərgərdan qaldı,
Yetim xatirələr çökdü sinəmə.
Dağ üstə dağ çəkib, mən də həzz alım,
O dağın ayağı dəryada qalsın.
Dəryanın suyusa gözünün yaşı,
Ruhu Məcnun olub səhrada qalsın.
Yox-yox qəddar demə, qəddar deyiləm,
Bir az çəkdiyimdən çəkilsin dedim.
Qədrim bilinmədi, yandım-yaxıldım,
Bir "qədir ağacı" əkilsin dedim.
Əfşan Yusifqızı
Allahdan atalıq ummaq istədim.
Dözməyib dünyanın işgəncəsinə,
Gözümü əbədi yummaq istədim.
İnsan hər yaşında naçar olurmuş,
Həzin duyğuları yerə yenəndə.
Əl açar bir ovuc qəzəb dilənər,
İçində bir yetim həsrət dinəndə.
Əzazil olmaqçün Allahım, mənə-
Nolar çoxu kimi kin-küdurət ver.
Mən də ürək qırım, könül dağlayım,
Bunu bacarmağa bir məharət ver.
Laləli dağımı yeksan eyləyib,
Rəssam fitrətiylə çəkdi sinəmə.
Xəyalım düzündə sərgərdan qaldı,
Yetim xatirələr çökdü sinəmə.
Dağ üstə dağ çəkib, mən də həzz alım,
O dağın ayağı dəryada qalsın.
Dəryanın suyusa gözünün yaşı,
Ruhu Məcnun olub səhrada qalsın.
Yox-yox qəddar demə, qəddar deyiləm,
Bir az çəkdiyimdən çəkilsin dedim.
Qədrim bilinmədi, yandım-yaxıldım,
Bir "qədir ağacı" əkilsin dedim.
Əfşan Yusifqızı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













