Şamaxıda növbəti dəfə Qida Festivalı təşkil olunubŞamaxıda növbəti dəfə Qida Festivalı təşkil olunub
Şamaxıda növbəti dəfə Qida Festivalı qeyd edilib. Yerli fermerlərin, sahibkarların, Avropa İttifaqının Bakı Nümayəndəliyinin, İttifaqa üzv dövlətlərinin səfirliklərinin, Azərbaycan Hökumətinin, Milli Məclisin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda kənd təsərrüfatı məhsullarının sərgisi təşkil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qida Festivalının məqsədi Dağlıq Şirvan iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının, ənənəvi qida irsinin təqdim edilməsi, yerli və xarici turistlər, digər maraqlı tərəflər arasında tanıdılmasına nail olmaqdan ibarətdir. Festivalda Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarını təmsil edən iştirakçılar kənd təsərrüfatı və ənənəvi qida məhsullarını qonaqlara təqdim ediblər.

Sərgiyə bal məhsulları ilə qatılan festival iştirakçısı Brilliant Hümbətova deyib: “Festivalda öz məhsullarımızı sərgiləyirik. Mənim layihədən gözləntilərim böyükdür, aldığım dəstək və maddi kömək hesabına təsərrüfatımı daha da inkişaf etdirməyi düşünürəm”.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və yerli vətəndaş cəmiyyəti institutlarının icra etdiyi fəaliyyətlərdən biridir. Əsas məqsədi yerli qida potensialının artırılmasına və aqrar məsləhət xidmətlərinin keyfiyyətinin yüksədilməsinə nail olmaqdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzi İdarə Heyətinin sədri Vüqar Bayramov deyib: “Qida Festivalı Avropa İttifaqı tərəfindən dəstəklənən layihənin tərkib hissəsidir. Layihə Azərbaycan dövləti tərəfindən də dəstəklənir. Məqsəd Dağlıq Şirvanda, eyni zamanda, Şəki-Zaqatala iqtisadi rayonunda kiçik və orta sahibkarları dəstəkləmək, onların biliklərinin artırılması, Avropa İttifaqı ölkələrinə səfərlərinin təşkil edilməsi, eyni zamanda İttifaqın proqramı çərçivəsində kiçik maliyyə dəstəyinin verilməsindən ibarətdir”.

Xatırladaq ki, Avropa İttifaqı Şamaxıda təşkil edilən Qida Festivalına, Dağlıq Şirvan iqtisadi rayonunun kənd təsərrüfatı məhsullarının və regional ənənəvi qidalarının təqdimatına yardım edir. Layihə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi ilə birgə tərəfdaşlıq çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən icra olunur.

Son xəbərlər

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir

Lənkəranın 2 kəndində qaz olmayacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031