Xəbərlər
24.06.2022, 23:11
"Cəbrayıl" komandası UEFA Region kuboku yarışında ilk oyununu keçirib
UEFA Region kuboku yarışında ölkəmizi təmsil edən “Cəbrayıl” futbol komandası bu gün ilkin seçmə mərhələnin ikinci qrupunda ilk oyununu keçirib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunda Belarusun “Kolos” komandası ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.
Təmsilçimizin heyətində matçın 10-cu dəqiqəsində Mehman Süleymanlı fərqlənib. “Cəbrayıl”ın heyətində 39-cu dəqiqədə Aqşin Paşayev penaltidən yararlana bilməyib. Komandamızın qapıçısı Babək Allahverdiyev 40-cı dəqiqədə qırmızı vərəqə alıb.
Bu komandaların cavab qarşılaşması iyunun 26-da keçiriləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay