Prezident İlham Əliyev: Azərbaycanın mövqeyi regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib
Azərbaycanın mövqeyi regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi barədə danışarkən deyib.

"Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək", - deyən dövlətimizin başçısı Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini müsbət məqam kimi qeyd edib.

"Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Son xəbərlər

Sabah 30 dərəcə isti gözlənilir

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq

Ağdam şəhərinə daha 417 nəfər köçüb

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər

Məşhur futbolçu Romada evləndi - Fotolar

Bakıdan Tbilisiyə ilk sərnişin qatarı bu gün yola düşüb

Türkiyədə zəlzələ oldu

“Güller ve günahlar”la bağlı dəyişiklik

Serenay sərbəst buraxıldı

“Təşəkkürlər, mister” - “Napoli” Konte ilə yollarını ayırdı

Babək Niftəliyevə vəzifə verildi

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031