
Xəbərlər
12.06.2022, 00:18
DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR, ÜRƏK SAHİBLİ ŞAİR.
DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR, ÜRƏK SAHİBLİ ŞAİR.
"Ağsu Yazarlar" Birliyinə kiçicik ərmağan.
"ƏN BÖYÜK XƏZİNƏ, ALLAH SEVGİSİYLƏ DOLU OLAN QƏLBDİR."
"Ağsu Yazarlar" Birliyinə kiçicik ərmağan.
"ƏN BÖYÜK XƏZİNƏ, ALLAH SEVGİSİYLƏ DOLU OLAN QƏLBDİR."
Orta əsrlərin böyük fars şairi Fəridəddin Əttarın bu sözləri elə bir məqamda yadıma düşdü ki, təsəvvür etdiklərimin, eşitdiklərimin ən böyük xəzinəsinin, ən böyük sevgisini əyani şəkildə görürdüm.
Hər bir insan taleyində olduğu kimi, mənə qədərdə, mənim yaşadığım mühütdə də, bundan sonrada, yaşca böyüklərin, həyatın içinə pərvəzlandığı, inkişafı, fəaliyyəti, keçdiyi həyat yolu, çox vaxt onu tanıyanlar və sonrakı nəsillər üçün maraq kəsb edib. Mənim üçündə bu kimi hallar heçdə istina deyil.
Doğulub, boya - başa çatdığım kəndin, o qədər məndən böyük yetirmələri, öz həyat yolunu kənddən uzaqlarda qurub, yaşayıb, yaradıb və fəaliyyət göstərib ki, onlar hər bir zaman xoş xatırlanıb, barələrində xoş sözlər eşidilib, nümunə kimi gəlcək nəsilə öyrədilib.
Bu gün söhbət açacağım insan haqqında da danışmaq, yazmaq qərarına gələndə, məndən on yaş böyük birinin uşaq təsəvvürümdə formalaşdırdığım cizgilərlə bərabər, eşitdiklərimi üst-üstə gəlib cəmlədikcə yaddaşımda nələrinsə hələ işığa çıxarılmasına cəhdimdə mənim səbrli olmağımı qəlbimə hökm edirdi. Bu insan haqqında yaddaşımı zənginləşdirən, həmyaşıdı, bir məhlədə böyümüş əmim oğlu, hamının sevimli müəlliminə çevrilmiş, kənddə dil - ədəbiyyat müəllimi işləmiş Yaqub Comərdovun söylədiklərini böyük səbrsizliklə dinləyirdim. Suallarıma aldığım cavablar, marağımı daha da gücləndirirdi. Hər dəfə Yaqub müəllimin - "sənin yadına gəlməz" , fikirinə, " yadımdadı", "xatırlayıram", "eşitmişəm" - deyib, nə deyiləcəyini acgözlüklə gözləyirdim. Son zamanlar dəfələrlə, saatlarla, təkrarda olsa bu barədə söhbətlərmiz oldu.
70 - ci illərin məhşur Amerika yazıçısı Riçard Devid Baxın bu sitatı bütün sözlərə, söhbətlərə son qoydu. Bu məhşur Amerika yazıçısı qeyd edir ki,
- "QƏLBİ GÖZƏL OLAN İNSAN, GETDİYİ HƏR YERİ GÖZƏLLƏŞDİRƏR.
VƏ İNSAN YAŞADIĞI YERƏ GÖRƏ DEYİL, DAŞIDIĞI ÜRƏYƏ GÖRƏ YAŞAYIR."
Bu fikirlərin şamil edildiyi, daha doğrusu yaxından tanıdıqca, bu fikirləri ürəyimə dolduran, kəndimizin yetirməsi olub, rayonmuzun Ağarx kəndində ömrünün gözəl günlərini, gənc nəslin yetişməsinə sərf etmiş, həyatını bu kəndlə bağlamış, yuxarıdakı fikirlərin hamsını, bəlkədə bundan çoxunu özündə cəmləmiş gözəl poetik duyumlu şair, ədəbiyyatşünas Abbasəli Misir oğlu Əhmədov haqqındada düşündükcə ürəyim fərəhlənirdi.
Abbasəli müəllim haqqında danışmamışdan əvvəl Yaqub müəllim, Abbəsəli müəlimin oğlu Rəşad Əhmədli haqqında mənə tanışlıq verib dedi: - Abbasəli müəllimi tanıyırdın? Qafarın qardaşı, rəhmətlik Misir kişinin oğlun?
Tanıdığımı, necə xatırladığımı Yaqub müəllimə izah etdikcə, - "ay sağ ol" - deyib, bildirdi ki, bir gün mənə evə kitab göndərmişdilər. Şeir kitabı idi. Rəşad Əhmədli. Soyadından, bunun Abbasəlinin oğlu olduğun ağlımdan keçirib, kitabı vərəqlədim. Yanılmadığımı gördüm. Şeirləri oxudum. Çox xoşum gəldi. Yaqub müəllim, söhbətinə davam edib, - onun atası, Abbasəlidə şairdi-dedi.
Bu fikirlər məni çox sevindirdi. Evə gəlib, müasir texnikanın, internetin xidmətindən yararlanmaq üçün axtarış verdim. Təssüf ki, tapmadım. Amma narahatçılığım məni sakit buraxmırdı. Yaqub müəllimlə yenidən telefonla əlaqə saxlayıb, tam təfsilatı ilə əlavə nələrsə öyrənməyə cəhd etdim. Elə bu narahatçılıqlar içində vurnuxduğum bir zamanda, lap orta məktəb dövründən şeirlərindən zövq aldığım, imzasın səbirsizliklə gözlədiyim, ədəbiyyatmızda özün təsdiqləmiş, həmyerlimiz, gözəl şairimiz Raqif Nazimoğlunun telefon zəngi mənim üçün göydəndüşmə oldu.
Raqif müəllim, zəng edib bildirdi ki, yeni birliyin yaranmasının təsis iclası olacaq, sənində iştirakını istəyirəm. Raqif müəllimə böyük minnətdarlığımı bildirərək, deyilən günü, hər gün barmağımla sayacaq qədər sevinirdim. Çünki, bölgə ədəbiyyatı haqqında tanınmış imzalar altında yazıları oxuduqca, bu kimi birliyin, qrumun bizimdə rayonumuzda yaranmasını çox istəyirdim. Həmin gün rayonda olanda, iclasda iştirak edənlərin hamsını bir- bir nəzərdən keçirib, Abbasəli müəllimi tanıyaram düşüncəsi ilə, iştirakçıların üzünə hər an diqqətlə baxırdım. Neçə saat tədbirdə oldum, bu tanışlığı yarada bilmədim. Axı, Abbasəli müəllim məndən on yaş böyük olmaqla bərabər, kənddən çıxdıqdan sonra bu müddətdə heç bir zaman rastlaşıb qarşılaşmamışdıq. O üzdən özüm üçün formalaşdırdığım cizgilərdə mənim köməyimə çatmadı. Yeni yaranan " Ağsu Yazarları" Ədəbi Birliyinin onlayın paylaşmasında Rəşad Əhmədlinin mobil telefon nömrəsin götürdüm. Növbəti tədbirə qədər, Rəşadla bir neçə dəfə danışdıq. Çox səmimi, çox alicənab, çox insanpərvər biri olduğunu, yaddaşımda formalaşdırdığım Abbasəli müəllimin tərbiyyə ritorikasın müəyyənləşdirdim. Elə bu arzu ilə də ikinci tədbiri gözlədim. Demək olardı ki, Rəşadla tez-tez danışırdıq. Telefon vaistəsilə Abbasəli müəllimlə də tanışlığmıza sevinərək çox söhbətlərmiz oldu...
Sayca ikinci toplantıya bir az tez getmişdim. Ürəyimdə Abbasəli müəllimlə görüşəcəyimi hər an, hər dəqiqə canlandırırdım. Çünki, illər idi ki, bir - birimizi görməmişdik. Tədbirə gələnlərə baxıb, yaddaşımda canlandırdığım Abbasəli müəllimi, oğlu Rəşadı tanıyacağımı düşünürdüm. "Gözəl Ağsu" ailəvi istirahət mərkəzinin həyətində, sehirli Ağsu təbiətinin ecazkar görkəmini seyir etdikcə ürəyimə xoş təssüratlar dolurdu. Xəyalım bu təbiət qoynunda sanki, illərin qisasın canımdan çıxarırdı. Gözüm isə mərkəzin girəcək qapıda qalmışdı...
Üç nəfərin mərkəzin qapısından həyətə daxil olduğunu gördüm. İnanın, eynən uşaq sevincimlə, xəyalımda, yaddaşımda necə canlandırmışdımsa, eyni düşüncələrimin məni yanıltmadığını anladım. Görüşüb, bir neçə dəqiqə bir-birimizə sarılı qalıb, xeyli əhvallaşdıq. Mənim uşaqlıq yaddaşımın 40 ildən yuxarı vaxt keçməsinə baxmayaraq, məni yanıltmadığına tam əmin oldum. Tədbir boyu, tədbir arası bir-birimizlə xeyli maraqlandıq. Evə, Bakıya qayıdacağımı görüb Abbasəli müəllim məndən bir addımda aralanmayıb, bu gün onun qonağı olacağımı təkidlə və israrla istəyirdi. Amma qayıdacağımı, qayıtmağımında vacib olduğunu dönə - dönə diqqətinə çatdlrıb, bu səfər gedəcəm, gələn dəfə mütləq Abbasəli müəllimin qonağı olacağıma söz verdim. Beləcə, bir təhər Abbasəli müəllimin o sevgi dolu ürəyinin hərarətindən gələn sevgini duyub ayrıldım. Məhşur Amerika yazıçısı Ricad Baxdan gətirdiyim yuxardakı sitatın doğruluğna bir daha inanıb, yol boyu Abbasəli müəllimi düşünüb, oğlu Rəşadın kitabını varaqlayıb oxuyurdum. Ürəyimə o qədər sevgi dolu bir istəg dolmuşdu ki, onu bu gündə xoş xatırlayıram. Elə yol gələndə fikirləşmişdim ki, Abbasəli müəllim haqqında ürəyimin dərinliyində kök atmış cücərtinin mənə verdiyi mənəvi barın qürurun sözlərə bəlyib, bir çələng hörəcəm. Amma, Abbasəli müəllim haqqında uşaqlıq xatirələrimdə ilişib qalan düşüncələrim az olacağını düşünüb, əmim oğlu Yaqub Comərdova zəng etməyin zəruri olduğunu duydum. Hər zaman zəngimə özünəməxsus şaqraqlıqla cavab verən Yaqub müəllimə, Abbasəli müəllimlə görüşdüyümü, onun göstərdiyi sayğını, insanı dəyərlərini sevgi ilə ərz edib, xahiş etdim ki, Abbasəli müəllim haqqında mənə ətraflı danışsın. Hansı ki, Abbasəli müəllim haqqında yazacaqlarımı da, Yaqub müəllimə də süprüz edəcəyimi düşünmüşdüm. Yaqub müəllim, bu istəyimi böyük sevgiylə qəbul edib, dediklərimi tezliklə hazırlayıb mənə çatdıracağını dedi...
Deyilən gün Yaqub müəllim, istədiklərimi etdiyin deyib, nə vaxt istəsəm götürə biləcəyimi diqqətimə çatdırdı. Yaqub müəllimdən mənə yazı üçün lazlm olan məlumatları götürmək üçün getdiyim görüşdə, onun mənə verdiyi məlumatlardan çox böyük yoldaşlıq, dostluq münasibətlərinin olduğunu danışığından duydum...
Yaqub müəllimin, bütün bu məlumatlardan əlavə, Abbasəli müəllimin "Ürəyimi verdim dosta" kitabı ruhumu daha da alovlandırdı. Kitabı vərəqlədikcə, yuxarıda xatirələrimin bir isti bucağında formalaşdırdığım, orta əsirlər dövrünün fars şairi Fəridəddin Əttardan və Amerika yazıçısı Riçard Baxdan gətirdiyim sitatların düzgün seçiminə ürəyimdə sevindim.
Kitabın ilk səhvəsində, şair-dramaturq, AYB və AJB-nin üzvü, "Səməd Vurğun" və " Qızıl qələm" mükafatları laureatı, " Neftçi" Ədəbi Məclisinin rəhbəri, hörmətli Hacı Zaməddin Ziyadoğlunun " Sözün işığında" "Ön söz" ü mənimdə bu yazıma işıq saldıqca sevinirdim. Məsuliyyətin dərk etdiyim bu qeyidlərimə işıq salan dəyərli insanlara məndə öz adımdan minnətdarlıq edərək, ürəyimə yığılıb qalan fikirləri çox asanlıqla varaqa köçürürdüm. " Ön söz" ü kitabın açarı sayan dəyərli ziyalı, şair-dramaturq Hacı Zaməddin Ziyadoğlu doğru olaraq, çox gözəl bənzətməylə, hər bir şeiri, əriş-ağracı, illmə-ilmə toxunmuş, yetmiş yeddi rəngə bələnmiş sirli- sehirli xalıya bənzətməsi, məni daha da özünə çəkib, bu rənglərin içində gözəllikləri duyub, görməyə yardımçı oldu.
Kitabın redaktoru, gözəl insan, adını, imzasını ədəbii mühütə öz xoş, xeyirxah əməlləri ilə yaddaşlara həkk etmiş, Respublika Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair-publisist Fərman Borçalının, Abbasəli yaradıcılığına verdiyi dəyərin, onun "Ürəyimi verdim dosta" şeirindən gətirdiyi :
Tanrı heç sevməyir, bəzək - düzəyi,
Sevir insanlarda təmiz ürəyi.
Sevir insanlarda təmiz ürəyi.
Misralarına istinadı, mənimdə ürəyimdə böyük qürur hissi yaratdı.
Abbasəli Əhmədlinin şeir dünyasının sehirində saatlarla rənglərin ruhunda gözəllikləri görüb duyduqca sevincim, qürur hissinə çevrilirdi. Altı bölmədən ibarət olan bu kitab "İthaflar" la açılması mənə böyük zovq verdi. Şeirləri ilə böyüdüyümüz Səməd Vurğun ruhuna ehtiram, gözəl şairimiz Nəriman Həsənzadə ilə dərd ortağlığı, xalq şairimiz Musa Yaqubadan halına bir məsləhət umması, dəsti - xəttiylə ədəbiyyatmızda sözün demiş, həmdə dostluğu olan İlyas Tapdıq insanlığının,
"Könül alan, söz anlayan, qəlb duyan,
Geniş qəlbli bir insandan danışım!"-
Geniş qəlbli bir insandan danışım!"-
deyimindəki niyətini, poetik dillə cilallaması, Abbasəli şeriyyatına dəyər verən dostlarından şair-publisist Fərman Borçalıya, elimizin, obamızın gözəl qəlbli, şeiriyyatı ilə oxucu qəlbin fəth etmiş, şair, alim Raqif Nazimoğluna və şair qəlbində insanlığı ilə iz buraxmış həmyerlilərinə, dostlarına, qəlbini duyğulandıran tanışlarına ithaf etdiyi şeirlərin ilmələrinin rəngi məni də bir oxucu kimi valeh etmişdi.
Abbasəli poeziyyasında İlahi varlığa sığınma hər bir şeirində özünü qabarıq göstərir. Buda məndə bir əminlik yaratdı ki, doğurdanda, qəlbində böyük İlahi sevgisi gəzdirən insanın, " Ürəyimi verdim dosta" deyimi heç də əbəs deyilməmişdir.
Abbasəli Əhmədli yaradıcılığından söz açan, kitabın redaktoru, şair-publisist Fərman Borçalı, şairin Ağsu rayonunun dağətəyi kəndində anadan olmasını, gözəl bir atalar misalıyla, "Dayağı dağ olanın başı göylərə ucalar" deyiminin çalarına, dostları İlyas Tapdığın Ağsu haqqında şeiri ilə rəng qataraq, sözünü çox fikirlə tamamlayıb. " Ağsu rayonunun insanları qayğıkeş, sadə, mehriban və qonaqpərvərdilər" - deməklə Abbasəli müəllimin daxili aləmini sehirli, sirli Ağsu təbiiəti kimi oxucuya çatdırır. Buda, kitbda şairin ikinci bölməyə aid olan Vətən sevgisinin cizgilərini özündə göstərir. Şairin "Azərbaycan" şeiri ilə açılan ikici bölmədə ölkəmizin coğrafiyasını tarixlərə həkk olunmuş məkanları, sözünün ahənginə qatıb oxucuya hayqırır ki, bura Azərbaycandı. Bu bölmədə hər bir şerinin hər bir misrasından,
Hər çiçəyi bir dərmandı,
Beçə balı ayrı candı,
Gülövşə nar, qızıl qandır,
Yeyən deyir Azərbaycan!
Beçə balı ayrı candı,
Gülövşə nar, qızıl qandır,
Yeyən deyir Azərbaycan!
boylanan bu duyğu, beçə balı kimi oxucu canına yayılır. Bölmədki rəngarənglik hər misrada özünü göstərir.
Kitabda ən böyük bölmə, üçüncü bölmədi ki, buda təbii olaraq şairin qəlbindən süzülüb gələn dostluğa verilən poetik çalarlarla ilmələnib. Dostluğu, insanlığın ən etibarlı dəyəri bilən şair, gözəl vurğulayır ki,
" Əsil dost inci tək tapılmır hələ,
Dostsuz ömür bənzər bil səmum yelə," -
Dostsuz ömür bənzər bil səmum yelə," -
deməklə, dosluğun sədaqət üstündə bərqərar olduğunu oxucuya gözəl, poetik misralarla çatdırır.
Abbasəli Əhmədli yaradıcılığında bu rəngarənglik tək bununla yekunlaşmır. Onun vətən, el-oba, dost-tanış sevgisinə gözəl ruh qatan məhəbbət, sevgi şeirləridə oxucu ruhunu qidalandırır.
Hər bir şairin yaradıcılıq janırları müxtəliflik təşkil etdiyi kimi, Abbasəli Əhmədli yaradıcılığıda milli ruhumuzun Bayatıları, Qəzəlləri ilə sadə dil üslubu ilə oxucusuna çatdırılır. Bütün bunların hamısı, şairin dünya görüşünün zənginliyindən, dil üslubunun gözəlliyindən, qəlb böyüklüyündən, ürək təmizliyindən varaqa süzülüb tökülən sözlərdir.
Bu yolda Abbasəli müəllimə uğurlar diləməklə, bir-birimizi 40 ildən sonra görüb, yaxından tanımağmızın ürəyimə doldurduğu hisslərimdən gələn ülvü sözlərlə bərabər, ona olan ehtiramımın cüzi bir hissəsidir. İnanıram ki, Abbasəli müəllimi daha yaxından tanıdıqca, qəlbimə dolacaq hər bir xoş xüsusiyyətlər mənimdə yeni söz demək imkanımımı daha da gücləndirəcək.
Çox böyük hörmətlə,
Elxas Comərd.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










