Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı oldu - FOTOLAR
May ayının 7-də Xalq şairi Musa Yaqubun vəfatının bir ili tamam oldu. Bununla əlaqədar geniş tədbirlər və hazırlıq işləri davam edir. Öz vəsiyyətinə uyğun olaraq İsmayıllı rayonunun doğma Buynuz kəndində, həyat yoldaşının yanında dəfn edilən şairin yenicə qoyulmuş monumental qəbirüstü abidəsi açılış günü üçün hazırlanmıçdı. Təbiət, lirik duyğular şairinin vəfat etməsinin ildönümünə qədər möhtəşəm abidə-kompleksinin ucaldılması mədəni-mənəvi dəyərlərimizə hər zaman yüksək sadiqlik və qayğı nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə reallaşdırılıb.
Bu nəcib təşəbbüsün həyata keçirilməsinə Milli Məclisin deputatı Ağalar Vəliyev də öz dəstəyini göstərib. Deputatın təşəbbüsü ilə Musa Yaqubun anası Rəbiyyə Yaqubovanın, ömür-gün yoldaşı Zöhrə xanımın, qardaşı Saməddin Yaqubovun da qəbirüstlərinin götürülməsi və abadlaşdırılması şairin abidəsini daha monumental və mükəmməl göstərir.
Qeyd edək ki, mayın 7-də açılışı baş tutmuş abidənin müəllifi xalq rəssamı, heykəltaraş Natiq Əliyevdir.
Xatırladaq ki, deputat Ağalar Vəliyevin xeyriyyəçilik fəaliyyəti nəticəsində Bərdə rayonunda Seyid Yusif Ağanın qəbri üzərində memarlıq incisi sayılan məqbərə ucaldılıb, ətrafı abadlaşdırılıb və məqbərəyə uzanan 6 kilometrə yaxın avtomobil yolu abadlaşdırılıb.
Eyni zamanda, Azərbaycan tarixinin qalibiyyət səhifəsinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi zamanı Ağalar Vəliyevin təşəbbüsü ilə Milli Məclisdə təmsil etdiyi Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı seçki dairəsinə daxil olan yaşayış məntəqələrində görülən işlər misilsizdir, Vətənə və xalqa sevginin bariz təzahürüdür. Həmin odlu-alovlu günlərdə Azərbaycanın bütövlüyü uğrunda bu rayonlardan şəhid olan 81 nəfər Vətən oğlunun dəfn, yas, il mərasimlərinin keçirilməsi, qəbirüstü abidələrinin hazırlanması işlərinin maliyyələşdirilməsinin həyata keçirilməsi, 500-ə yaxın şəhid və qazi ailəsinə mütəmadi olaraq maliyyə yardımlarının göstərilməsi yüksək vətənpərvərlik və daxili böyüklük örnəyidir.
Milli Məclis deputatı tərəfindən hər il müxtəlif bayram günlərində şəhid və qazi ailələri ilə yanaşı, az təminatlı insanlara, bütövlükdə 1000-ə yaxın ailəyə zəruri ərzaq sovqatı bağlamalarının göndərilməsi artıq uzun illərdir ənənə halını alıb. Bütün bu addımlar seçicilər tərəfindən razılıq və minnətdarlıqla qarşılanır. Onlar göstərilən hərtərəfli dəstəyə görə dövlətimizin rəhbərliyinə minnətdarlıqlarını ifadə edirlər.

***

Bəli, gözlənilən gün gəlib çatdı. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Musa Yaqubun vəfatının bir illiyi ilə əlaqədar mayın 7-də şairin doğulduğu İsmayıllı rayonunun Buynuz kəndində anım mərasimi təşkil edilmişdi.
Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Yazıçılar Birliyinin sədri Anar, birliyin katibi Rəşad Məcid, birliyin üzvləri, şairin qələm dostları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və şairin ailə üzvləri iştirak edirdilər.
Mərasimi giriş sözü ilə YB-nin katibi Rəşad Məcid açaraq Musa Yaqub yaradıcılığından geniş söhbət açdı, şairin Azərbaycan ədəbiyyatına verdiyi qiymətli töhfələri göz önünə gətirdi, onunla bağlı maraqlı xatirələri çözələdi. Xalq yazıçısı Anar, şair Zakir Fəxri, Musa müəllimin yaxın dostu Elxan Süleymanov, digər çıxış edənlər şairin həyat yoluna, yaradıcılığına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə nəzər salıblar. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Musa Yaqubun yaradıcılığından söz açılıb. Görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğu, onun hər zaman xalq tərəfindən sevildiyi vurğulanıb.
Şairin qızı Yaqut xanım atası ilə bağlı şirin xatirələrini dilə gətirib məclis iştirakçılarını kövrəltdi, Musa Yaqublu günlərinə qaytardı.
Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı oldu, önünə YB-nin, Mədəniyyət Nazirliyinin, İsmayıllı RİH-nin adından əklillər qoyuldu.
Tədbirdə şairin qələm dostları Musa Yaqub yaradıcılığından şerlər səsləndirdilər.
Şairin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Şəhla XƏLİLQIZI,
“Qəbələnin səsi” Yazarlar Birliyinin sədri, şair

Son xəbərlər

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

AzTU-da elektron diplomların verilməsinə başlanıldı: Rektor ilk diplomları imzaladı

Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031