Güləşçilərimiz Türkiyədə təlim-məşq toplanışını davam etdirirlər
Yunan-Roma, sərbəst və qadın güləşi üzrə U-20 yığmalarımız Türkiyədə təlim-məşq toplanışı keçirlər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər üç komandamız aprelin 26-dan Türkiyə millisi ilə birgə hazırlıq prosesinə start verib.

İki həftəlik toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılıb. Toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Yunan-roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Boluda hazırlıq keçirlər. Heyətdə Fərid Sadıxlı (55 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 60 kq), Ziya Babaşov, Təvəkgül Həziyev, Fərid Baxışlı (hamısı 63 kq), Kənan Abdullazadə, Fərid Xəlilov (hər ikisi 67 kq), Urfan Həsənli, Qurban Qurbanov, Ruslan Nurullayev (hamısı 72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq) və Heybulla Qistarov (130 kq) yer alıb.

Sərbəst güləşçilərimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında İstanbulda məşqləri davam etdirirlər. Sarıyer bölgəsində hazırlıq keçən heyət Nurəddin Novruzov (57 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kq), Əbülfəz Nəsirov (65 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov, Kənan Heybətov (hər ikisi 70 kq), Namus Orucov (74 kq), Soslan Tigiyev, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov və Zəfər Əliyevdən (hər ikisi 92 kq) ibarətdir.

Qadın güləşçilərimiz isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Niğdədə Türkiyədən olan xanım həmkarlarıyla birgə toplanış keçirlər. Hazırlıq prosesində Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Nərgiz Səmədova, Firuzə Məcidova, Züleyxa Seyidəliyeva (hamısı 57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) iştirak edir.

Qeyd edək ki, yığmalarımız mayın 13-dən 15-dək Antalyada keçiriləcək “Çempionlar” turnirində çıxış etdikdən sonra Vətənə qayıdacaqlar.

Son xəbərlər

Tatlısesin qızının paylaşımı müzakirə yaratdı

Maykl Ceksonun “ikinci ailəsi”ndən şok ittiham - “Bizi əsgər kimi yetişdirmişdi”

İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

Cəmi 4 tarix: bu günlərdə dahilər doğulur

Yoxsullarla varlıları ayıran 5 vərdiş

Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Xalq artisti Həmidə Ömərovanın doğum günüdür

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”

Rusiya Dnepri vurdu - Ölən və yaralananlar var

Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb

Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır

İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

“Telegram” Fransada fəaliyyətini dayandıra bilər

Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var YENİLƏNİB

Jirinovskinin sağlığında heç yerdə yayımlanmayan - Fotoları

Daşkəsənlə Gədəbəyə qar yağır

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?

İki gün toy edəcəklər

90-cı illərin pop ulduzu indi dam ustası işləyir - Fotolar

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Tədqiqat: Koronavirus infeksiyası insan hüceyrələrinə yeni üsulla daxil ola bilir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930