Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında çıxış edəcəklər
Gələn həftə güləşçilərimiz ilin ilk ciddi sınağına çıxacaqlar. Belə ki, martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatı keçiriləcək.

Turaztv.az AZƏRTAC-a istinadən Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yeddinci dəfə təşkil olunacaq analoji yarışda 34 ölkədən 420 güləşçinin iştirakı gözlənilir. Yunan-Roma güləşində 157, qadın güləşində 118, sərbəst güləşdə isə 145 idmançının adı sifariş olunub.

Qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Martın 6-da güləşin klassik növü üzrə püşkatma mərasimi keçiriləcək. Martın 7-9-da məşqçilər Rövşən Bayramov və Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Adəm Hacızadə (72 kq), Xasay Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaqlar.

Martın 8-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün zərif cinsin nümayəndələri xalça üzərinə çıxacaqlar. Məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) Plovdivdə qüvvələrini sınayacaqlar.

Martın 10-da sərbəst güləşdə püşkatma mərasimi baş tutacaq. Ertəsi gün bu növdə mübarizəyə start veriləcək. Avropa çempionatının son 3 günündə məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) çıxış edəcəklər.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakimlərimizdən Hicran Şərifov və Tural Əliyev ədaləti qoruyacaq.
Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında çıxış edəcəklər
Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında çıxış edəcəklər

Son xəbərlər

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31