YAP Xəzər rayon təşkilatında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə YAP Xəzər rayon təşkilatının foyesində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. YAP Xəzər rayon təşkilatının akt zalında davam edən tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov gənclərin iştirakı ilə keçirilən belə görüşlərin əhəmiyyətindən danışaraq vurğulayıb ki, YAP Xəzər rayon təşkilatı hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib: “Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Yeni Azərbaycan Partiyası gənclərin maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının artırılması, sağlam yetişməsi, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə, rayonumuzun və respublikamızın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. Partiya gənclərinin fəaliyyətində əsas prioritet məqsəd və istiqamət Prezident İlham Əliyevin qarşımıza qoyduğu məqsəd və hədəflərə nail olmaqdır”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, gəncliyin inkişafına daim dəstək göstərən Yeni Azərbaycan Partiyası gənclərin gücünə, potensialına və istedadına olan güvənin artırılmasına imkan yaradaraq bu sahədə çoxsaylı layihələr həyata keçirir. Buna görə də partiyaya yeni qoşulanların böyük əksəriyyətini məhz gənclər təşkil edirlər: “YAP-ın sıralarına qoşulan gənclər ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrə sadiqliklərini, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə inamlarını ifadə etməklə yanaşı, dövlətimizə xidmət etmək üçün böyük imkanlar əldə edirlər. Biz gənclərin təklifləri daim dinlənilərək qiymətləndirilir və partiyanın fəaliyyətində mühüm yer tutur. Biz gənclər dövlət müstəqilliyimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla davam etdirilməsində görürük”.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, gənclik hər zaman inkişaf etməli və dövlətinə, xalqına bağlı olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə biz gənclərə yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir. Gənclər savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, vətənin inkişafı naminə çalışmalıdırlar.

Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov vurğulayıblar ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misli görünməmiş bir Zəfər qazanaraq tarixi ədaləti bərpa etdi. Bu tarixi ədalət özlüyündə regionumuza yeniliklər və yeni reallıqlar gətirdi. Bu reallıqların bir istiqaməti olaraq ölkəmizin müstəqilliyinin qorunması, gələcək inkişafının daha da sürətlənməsi, gənclərimizin birbaşa olaraq bu işin əsas aparıcı qüvvəsi olması üçün YAP gəncləri də bir sıra istiqamətlərdə fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyasının gənc fəalı Nərgiz Heybətova isə qeyd edib i, gənclər ölkədə yaradılmış ictimai-siyasi sabitliyin, əmin-amanlığın bundan sonra da qorunub saxlanması, sosial-iqtisadi inkişaf proseslerinin daha da sürətləndirilməsi və digər ümummilli strateji məsələlərin həll edilməsi istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz potensialını əsirgəmir.

Daha sonra müzakirə formatında davam edən tədbirdə gənclərin sualları cavablandırılıb.

Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
YAP Xəzər rayon təşkilatında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib
YAP Xəzər rayon təşkilatında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib

Son xəbərlər

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

Çindən avtomobillərlə bağlı görünməmiş geri çağırış - 3 milyon maşında qüsur var

Bir günə Ukraynaya 11 859 kamikadze-dron atdılar

Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR: Nə baş verir?

Prezident xanımı ilə Özbəkistandadır

BIR SƏSİN UŞAQLIĞI (OÇERK) - FOTOLAR

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31