Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunubOktyabrın 5-də Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zirə EKO Parkında 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH başçısının müavinləri və əməkdaşları, rayon təhsil müəssisələrinin rəhbərləri və təhsil sahəsində nailiyyətlər əldə etmiş rayonun qabaqcıl müəllimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Zirə Eko Parkın foyesində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Daha sonra tədbirdə giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, gələcək pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlətimizin başçısının bu amili dövlət siyasətinin prioritetləri sırasına daxil etməsindən xəbər verir. Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən məktəblərin əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.

Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, 125 nömrəli tam orta məktəbin direktoru Zeynəb Əliyeva və 4 nömrəli Respublika Xüsusi tipli İnternat Məktəbinin direktoru Vəfa Seyidova çıxış edərək Azərbaycan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu, yaradılan bu şəraitə görə ölkə başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər.

Sonra pedaqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.

Sonda bir qrup təhsil işçisinə müxtəlif hədiyyələr təqdim olunub.

Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31