İŞIQLI ƏMƏLLƏR, YAXŞILIQ İTMİR - Daşdəmir ƏJDƏROĞLU
İŞIQLI ƏMƏLLƏR, YAXŞILIQ İTMİR

Bu keyfiyyətlərin sahibi Nurəddin Həsənlinin 80 yaşı tamam olur

Bu günlərdə yeznəm Kavus Quliyevin 65 illiyi ilə bağlı bir yazını hazırlayarkən xeyirxahlıqdan, yaxşılıqdan söz salmışdım. Bu fikirləri 80 yaşını qeyd etdiyimiz həmkarımız, istedadlı qələm sahibi, “Yurd sevgisi” qəzetinin təsisçisi və baş redaktoru Nurəddin Faxralıya da şamil etmək olar. Deməli, ustad Səməd Vurğun xarici ölkədən vətəninə qayıdarkən onu aeroportda qarşılayan ən yaxın dostlarından biri hal-əhvaldan sonra ona belə bir sual verir: “Şair, çox ölkə gəzib, çox adam görübsən, Bəs deyə bilərsənmi ki, səadət nədir?”
DÜNYADA ANCAQ YAXŞILIQ QALACAQ

Səməd Vurğun dostuna belə cavab verir: “Dostum, sən bu sualı öz ürəyinə ver! Neçə insan övladının üzünə ürəyinin qapılarını açmısan? Neçə insan övladının qolundan tutub ayağa qaldırmısan? Bu dünyada ən böyük nemət insanlıq, insanlığın əsas şərti isə xeyirxahlıqdır. Bu dünyada ancaq yaxşılıq qalacaqdır. Bax, əsl səadət budur!”
Böyük şairin ürəkdən gələn bu sözlərində kamil bir insanın könül duyğularını hiss edir, qarşımızda əsl insan görürük. Onun yaradıcılığı da bu hisslərlə təşəkkül tapıb, insanlıq və xeyirxahlıq lirikası kimi meydana çıxıb.

Deyirəm ki, rast gəldiyim bir yetim uşaq,
Ata desin, ata bilsin məni görəndə.
Kim istəməz yıxılanın dayağı olmaq?
Kim sevinməz bir xeyirxah ömür sürəndə?

İnsanlar arasındakı ən ali münasibətlərdən biri xeyirxahlıq və səmimilikdir. Xeyirxahlıq ən yüksək insani keyfiyyətdir. O, təmənnasız edilən yaxşılıq, əvəzi güdülmədən göstərilən köməkdir. Insanlığın bu ali və yüksək keyfiyyətli şair və yazıçılarımızın yaradıcılığında geniş əksini tapıb, tərbiyə vasitəsinə çevrilib. Dahi Nizami Gəncəvinin əsərlərinə müraciət edək. Böyük şairin “Xeyir və Şər” mənzum hekayəsi xeyirin şər üzərində, xeyirxahlığın bədxahlıq üzərində qələbə rəmzi, qalibiyyət simvoludur. Adından da göründüyü kimi, bu əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Xeyir, kürd və onun qızı kürd qüvvələri, Şər isə mənfiliyi təmsil edir. Əsər xeyir qüvvələrin qələbəsi ilə bitir. Bu isə bəşər tarixində insanlığın ən böyük arzusu, ən yüksək amalıdır. Vicdanı pak, nəfsi təmiz olan adamlar həmişə başqalarına göstərdikləri təmənnasız yaxşılıqdan, darda olana əl uzatmalarından mənəvi zövq alıb, ali insanlar kimi yaddaşlarda qalıblar.
Yaxşılıqdan, xeyirxahlıqdan söz düşərkən mütləq Nurəddin müəllim yada düşür.

İŞİN AĞIRLIĞI ONUN ÇİYNİNDƏDİR

Mən Nurəddin müəllimi necə tanımışam? Deməli, “Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində məskunlaşmış “Zəfər qalası” qəzetinin baş redaktoru, xətrini çox istədiyim, yaradıcılığına böyük hörmət bəslədiyim Natella Asena günlərin birində “Açıq səma” qəzetinə gəldi, yanında da həmin bu Nurəddin müəllim. Bizi onunla tanış etdi, müəyyən məlumatlar verdi. İlk gündən qəlbimizə hopmuş N.Faxralı getdikcə bizə isinişməyə başladı, qələm dostlarının hörmətini qazanmağa çalışdı. Tanışlıq və yaradıcılıq axtarışlarımız genişlənməyə başladı. Bir gün xəbər Verdi ki, “Yurd sevgisi” qəzetini təsis edib və baş redaktoru da özüdür. Gördük ki, Nurəddin müəllim ayrı aləmdir, insani keyfiyyətləri həddindən artıqdır. Yaradıcılıq manerası genişdir, təkbaşına hazırlayıb çap etdirdiyi qəzet oxunaqlıdır, böyük oxucu auditoriyasını əhatə edir. Bu qəzet təkcə doğulub boya-başa çatdığı Borçalını, Faxralını, Gürcüstanı deyil, tam səmimi deyə bilərəm ki, bütün Azərbaycanı, dünyanın bir çox ölkəsini əhatə edir. Az bir zamanda dünya arenasına çıxa bilib. Tam cəsarətlə deyərdim ki, bu işin ağırlığı, məsuliyyəti Nurəddin müəllimin çiynindədir.
Mən Nurəddin müəllimi zahirən və qəlbən tanıyıram. İstərdim ki, tanımayanlar da onu tanısınlar.
Nurəddin Nəsib oğlu Həsənli (Faxralı) 16 mart 1942-ci ildə Gürcüstan Respublikası Borçalı mahalının Faxralı (bu barədə bir az sonra yazacağam) kəndində anadan olub. Atası kənddə və ətraf bölgələrdə aşıqlıq edib, sözə, sənətə meylli bir insan olub. Ailədə 4 oğlan (ikisi gözlərini əbədiyyətə yumub), 4 qız olublar. Uşaqlıqdan zəhmətə istiqamətləndirilən Nurəddin müəllim orta məktəbi bitirib. Yaşıdları kimi hərbi xidmətdə olub, ömrünün 1962-1965-ci illəri əsgərliyə düşüb. Kişilik məktəbindən keşəndən sonra 1965-1969-cu illərdə Gürcüstan DİN-in nəzdində əməliyyat qrupunda çalışıb. Dediyinə görə müəyyən səbəblərdən daxili işlər orqanlarından ayrılan N.Həsənli Bakıya gəlib və ali təhsil almaq üşün sənədlərini 1972-ci ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutuna verib. İmtahanlardan üzüağ çıxan Nurəddin müəllim 4 il təhsil alıb 1976-cı ildə institutu qurtarıb. Elə ali təhsil illərində tanış olduğu tələbə yoldaşı ilə ailə qurub və hər ikisi təyinatla Ağsu rayonuna gəlib.
1979-cu ildə Bakıya dönüb, bir müddət 240 nömrəli orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. Plan-iqtisad texnikumunda əmək fəaliyyətini davam etdirən N.Həsənli iki il sonra isə Mədəniyyət Nazirliyinin nəzdindəki aşıq Ələsgər adına Xalq Yaradıcılıq Evində - folklor şöbəsində çalışıb. Ölkəmizdə folklorun tədqiqi, təbliği məqsədilə bölgələrə gedən Nurəddin müəllim folklor nümunələrini toplamaqla yanaşı burada festivalların da təşkilində iştirak edib. Daha sonra M.Qorki adına Gənc Tamaşaçılar Teatrında inzibatçı kimi işləyib.
Qeyd etdiyim kimi, o, ailəlidir, Aytən və Aygün adlı qız övladı var, Mələk, Fatimə, Camal və Nərminə adlı balaların babasıdır.

SAZA, AŞIĞA DİQQƏT KƏSİLİRƏM

Dünyanın Gündoğanla Günbatan arasında yerləşən bir çox bölgəsini gəzib dolaşan Nurəddin müəllim deyir ki, bugünkü həyatına, şan-şöhrətinə, ad-sanına, müsbət keyfiyyətləri əxz etdiyinə görə babası aşıq Həsənə və atası aşıq Nəsibə borcludur. Özü də mahir saz ifaçısıdır. Avropanın bəzi ölkələrində, eləcə də Orta Asiyanın, Rusiyanın bir çox böyük şəhərində onun ifasına diqqət kəsilən heyranları yetərincə olub, onun apardığı toy məclisləri həmişə maraqla qarşılanıb.
Yeri gəlmişkən mənə saz sənətinə marağı qrup yoldaşım Faxralı kəndindən olan Rəşid Hüseynov yaradıb. Onunla tanışlığımıza kimi saz da, aşıq da, sazəndələr də görmüşəm, amma məni elə də özlərinə çəkməyiblər. Amma tələbəlik dövrlərində və ondan sonralar da aşıq olmayan məclis saz ifa edilməyən tədbiri saymamışam. Elə bilmişəm ki, orada nəsə çatışmır, hansısa komponentə ehtiyac var. Bu gün də əlimdə nə qədər iş olsa belə, saz səsi, aşıq ifası gələn kimi, həmin işdən kənarlaşır, saza, aşığa diqqət kəsilirəm. Elə bil bütün vucudum bu qədim musiqi alətinə köklənir… Bax, Rəşid qardaşıma ən çox da buna görə minnətdaram.
Bir də Rəşidi Nurəddin müəllimdən soruşanda əvvəlcə duruxub qaldı. Tanışlıq verəndən sonra onun da yaxından tanıdığını öyrəndim və dostluğumuz Rəşidin timsalında davam etməyə başladı. Həmişə Şamo müəllimin yanında gördüyüm Nurəddin Həsənli sanki mənə doğma adam kimi görünür, haradasa onun timsalında qrup yoldaşım Rəşidi də xatırlayıram. Allah hər ikisinə də cansağlığı versin.

XEYİRXAHLIQ, YAXŞILIQ MƏKTƏBİNİN NÜMAYƏNDƏSİ

Yaxşılıq və xeyirxahlıqdan söz açdım. Bu iki məziyyət heç vaxt itmir, gec-tez yaxşılıq edən şəxsin özünə qayıdır, onu əsl insan kimi tanıdır, ucaldır, şöhrətləndirir. Nurəddin müəllim də bu xeyirxahlıq, yaxşılıq məktəbinin nümayəndələrindən biridir.
Xeyirxahlıq əsl tərbiyə məktəbi, tərbiyə vasitəsidir. Biz də bu məktəbin şagirdləri kimi xeyirxah olmalı, bizdən kömək umanlara, dara, çətinə düşənlərə qayğı göstərməli, onların harayına, köməyinə çatmalıyıq. Bu, bizim qəlb istirahətimiz, könül dincliyimiz olmalıdır.
Xeyriyyəçiliyə, xeyriyyə əməllərinə, savab işlər görməyə çağırış həm də dinimizdən, müqəddəs İslam dinindən irəli gələn məsələdir. Ümumiyyətlə, bütün səmavi dinlərdə, o cümlədən İslam dinində xeyriyyəçiliyə, insanlara rəhm və mərhəmət göstərməyə, əl tutmağa, savab əməllər sahibi olmağa çağırışlar var. Bu, həm də bir könül, ruh işidir. Yəni əl tutmaq, savab əməllər sahibi olmaq, ilk növbədə insanın içindən, daxili aləmindən, mənəviyyatından, ruhundan doğan keyfiyyətdir. Burada zorla nəyi isə etdirmək, əldə etmək mümkün deyil. Bu, ya olur, ya da olmur. Həmçinin bu xeyirxah işlə, bu xeyirxah missiya ilə məşğul olan və məşhurlaşan, insanların qəlblərində əbədi taxt ucaldan insanlar, şəxsiyyətlər tarixən mövcud olub və bu gün də var. Onlar öz işıqlı əməlləri ilə özlərinə hələ sağlıqlarında rəhmət qazandırmağı bacarıblar. Nurəddin müəllim də belə işıqlı bir ziyalıdır.

ÜRƏKDƏ GƏZƏN XATİRƏLƏR

O gün 80 illiyini eşidəndə əvvəlcə inanmadım, amma qəzeti verəndən sonra başqa çarəm qalmadı. Bir xeyli söhbət etdik. Uşaqlıq illərini belə xatırladı:
- Hər dəfə ata yurduna gələndə həyətdə tut ağacının altında oturub ətrafa boylandıqca burada ötüb-keçən uşaqlıq illərim göz önünə gələrək kiçik bir ərziyə yurd dediyimiz torpaq necə də böyük və əzəmətli görünür. Çünki buranı özünə müqəddəs sayıb keçmişini, atalı-analı günlərini xatırlayıb uşaqlaşırsan. Başlayırsan yavaş-yavaş o illəri kino lenti kimi gö önündən keçirməyə.
Həyətimizdə oturub bir vaxtlar atamın mal-qara üçün torpaqdan qazılmış dam yerini, onun yanında mal-qaranın qız azuqəsi yığılan mərəyin yerini göz önümə gətirdim (mərək – mal-qara üçün qız azuqəsi (ot, alaf, saman və sair) yığılan yerə deyirlər). Özümdə yurda olan böyük sevgimi bir daha hiss etdim, fikirləşdim ki, İlahi, o yurdsuz-yuvasız qalmış insanlar yurd ayrılığına necə dözürlər.
Belə xatirələri çoxdur, cəlbedicidir, düşündürücüdür. Növbəti xatirəsinə diqqət yetirək:
- Ata yurdunun eyvanında oturub üzbəüz əzəmətli Gözəl dağına baxıb seyr etdikcə kəndimizin keçmiş vaxtları, burada yaşamış bir çox ağsaqqalı və ağbirçəyi xatırlayıb, kəndimizin böyük-kiçik yerini bilən insanları düşünürdüm. Necə də gözəl vaxtlar idi, İlahi. Adamın, necə deyərlər, burnunun ucu göynəyir o vaxtlar üçün.
… Xatirimdə o illərdən qalan anlar var. Onlardan biri hər həftənin altı-bazar günləri kənd klubumuzda Jora adlı kinomexanikin “QAZ-51”-i təpələrdən qalxıb kəndə tərəf göründüyü üçün maşın görünən kimi qardaşım Ələddinlə bir ağızdan sevinclə bağıraraq “kino gəlir, kino gəlir” deyə-deyə mərkəzi dükanın qabağına qaçıb avtomaşının yaxınlaşmasını gözləyərdik (evimiz dükana yaxın olduğu üçün özümüzü tez yetirərdik). Kino maşını çataçatda hansı filmin gətirildiyini öyrənib tez evə qaçır, başqalarına da xəbər verir, axşama kinoya hazırlıq görürdük. O vaxtlar kasıbçılığımız olduğundan pul əvəzi Joraya bir-iki yumurta tapıb verir və keçirdik…
Bu gün 80 illiyinin baharını yaşayan Nurəddin Həsənlinin savab, xeyirxah əməllərinin, əsl ziyalılığının siyahısı çox uzundur, bu barədə saatlarla, günlərlə deyil, aylarla, illərlə danışsaq belə, yenə də yetməz. O bu zəngin irs ilə bir ümman yaradıb, elə bir ümman ki, ucu, nə də bucağı var… Onu bu xeyirxah işlərə, nəcib əməllərə sövq edən isə xalqına, millətinə olan böyük sevgi və məhəbbətidir. O, millətinin imzasını imzalar içində görmək istəyib və həmişə də buna çalışıb. Odur ki, nurlu, işıqlı əməllər, yaxşılıq itmir. Və inanırıq ki, illər keçəndən sonra Nurəddin müəllim insanların qəlbində daha da ucalacaq.

Daşdəmir ƏJDƏROĞLU
İŞIQLI ƏMƏLLƏR, YAXŞILIQ İTMİR - Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Xəzər dənizində zəlzələ olub

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

İlin ən gözlənilən gecəsindən - Fotolar

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031