Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Aprelin 5-də Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Mikayıl Cabbarov İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini, yüksək səviyyəli əlaqələrə malik ölkələrimizin iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. İqtisadiyyat naziri Azərbaycanda aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının perspektivləri barədə fikirlərini bölüşüb.

İsrailin turizm naziri Yoel Razvozov ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də azad olunmuş ərazilərimizin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-İsrail əlaqələrinin hazırkı vəziyyəti və inkişafı istiqamətləri müzakirə olunub.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüblər.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Azərbaycan və İsrail biznes dairələri arasında əməkdaşlığın genişlənməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, rəhbərlik etdiyi qurumun fəaliyyəti və iş adamları arasında əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

İqtisadiyyat naziri iqtisadi-ticarət sahəsində əməkdaşlıqda, işgüzar münasibətlərin inkişafında hər iki ölkənin aidiyyəti qurumları, işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarətin həcmi 2021-ci ildə 2 dəfəyə yaxın, bu ilin yanvar-fevral aylarında isə 6 dəfə artıb. Hazırda Azərbaycanda xidmət, sənaye, ticarət, kənd təsərrüfatı və tikinti sahələri üzrə 90-dan çox İsrail şirkəti fəaliyyət göstərir. İsraildə fəaliyyət göstərən Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verir.

Bildirilib ki, qarşılıqlı investisiya sahəsində əməkdaşlıq davam edir. İsraildə keçirilməsi planlaşdırılan “Investment Roadshow” tədbiri investisiya sahəsində əməkdaşlığın inkişafı baxımından faydalı olacaqdır.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və səmərəli istifadəsi, alternativ enerji, turizm, səhiyyə, təhsil, İKT, innovasiya və sair sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərini ölkəmizin işgüzar mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

İsrailin turizm naziri Yoel Razvozov keçirilən tədbirlərin və aparılan səmərəli müzakirələrin iki ölkənin qurumları və biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsində və birgə layihələrin icrasında önəmini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı imkanları barədə danışıb.

Görüşdə Azərbaycan-İsrail iqtisadi-ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İsrailin “Rayzone” şirkəti arasında “big data” platformasının hazırlanması və idarə olunmasına dair layihə ilə bağlı memorandum, həmçinin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin “Mekorot” şirkəti arasında konsultasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanıb.
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb

Son xəbərlər

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Modellikdən sonra filmə çəkilir...

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930