Qızıl Ordanın yubileyi keçiriləcək
Qazaxlar tarixi köklərini bərpa edirlər.

Qazaxıstan ictimaiyyəti təntənəli bir tədbirə - Qızıl Orda dövlətinin 750 illiyini qeyd etməyə hazırlaşır. Tarixi mənbələrə görə, Çingizxanın böyük oğlu Cuçinin - qazaxların təbirincə desək - Joşının ölümündən sonra onun xələfləri elə həmin imperiyanın ərazisində dövlət qurublar. Çingizxan başçılıq etdiyi imperiyanı üç yerə bölərək idarəçiliyi oğullarına həvalə edibmiş. Həmin dövlət qurumları da Çingizxanın oğullarının şərəfinə - Joşı ulusu, Çağatay ulusu, Egedey ulusu adlanırmış. Mənbələr söyləyir ki, 1269-cu ildə bu üç ulusun başçısı - Menqu-Temir, Borak və Haydu görüşür. Böyük Çingizxanın xələfləri olan bu üç dövlət başçısı həmin görüşdə qərara gəlirlər ki, öz torpaqlarını müstəqil dövlət elan etsinlər. Bu o zaman imiş ki, Çingizxanın varisi olan Xubilay xan həmin torpaqları öz əlinə keçirib vahid idarəçiliyə tabe etmək istəyirmiş. Həmin üç ulusun başçılar isə sözügedən görüşdə bir saziş imzalayırlar. Beləliklə, Joşı ulusunun əsasında böyük bir dövlət - sonralar Qızıl Orda kimi tanınan dövlət yaranır. By dövlətin təbəələri isə öz məmləkətlərini Uluk Ulus - yəni Ulu Ulus, Böyük Dövlət - adlandırırlar. Bu dövlətin ərazisi 6 milyon kvadrat kilometrlik bir yeri əhatə edir. Şimalda Novqoroddan tutmuş cənubda Xorəzmə qədər, şərqdə Yapon dənizindən ta qərbdə Dunaya qədər ucsuz-bucaqsız bir dövlət. Türklər, slavyanlar, fin-uqrlar və bu böyük ərazidə yaşayan çoxsaylı xalqlar həmin dövlətin təbəələrinə çevrilir. Qızıl Ordada yüzlərlə şəhər olur. Ölkə paytaxtı bir neçə dəfə dəyişdirilir. Paytaxtlardan biri - Sarayşıq şəhəri bugünkü qərbi Qazaxıstan ərazisindədir. Sonralar Ulu Ulusun yerində Qazax xanlığı, Krım, Həştərxan və Sibir xanlıqları, Noqay Orda kimi müxtəlif dövlətlər qurulur. Maraqlıdır ki, yalnız qazaxlar təxminən 200 il Rusiya imperiyasının əsarətində qalandan sonra müstəqil dövlətlərini qura bilirlər. Həmin dövlətin sərhədləri isə ötən əsrin 30-cü illərində müəyyənləşir - məhz o zaman SSRİ tərkibində müttəfiq respublikanın əsası qoyulur. Qeyd etmək lazımdır ki, xalqın bu statusu qazanması təsadüfi olmur. Hələ çar Rusiyası dövründə bir qrup təhsilli qazax ziyalıları Alaş Orda adlı milli-vətənpərvərlik hərəkatı yaradırlar. Milli muxtariyyat ideyalarını irəli sürən hərəkat Rusiya imperiyasının siyasi həyatında fəal iştirak edir. Alaş Orda liderlərinin mübariz və inadkar fəaliyyəti Qazaxıstana ilk dəfə milli respublika statusunun verilməsi ilə nəticələnir. Hərəkatın lideri Əlixan Bukeyxanov və onun yaxın silahdaşları sovet Rusiyasının rəhbəri Vladimir Lenini inandıra bilirlər ki, böyük tarixi olan müstəqil qazax xalqının tam ixtiyarı çatır ki, özünə dövlət qursun. Məhz SSRİ tərkibindəki müttəfiq respublika statusuna malik olduqlarına görə qazaxlar 1991-ci ilin dekabrında müstəqillik elan etmək hüququ qazanırlar. Və bu hadisədə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin xüsusi xidmətləri olur. Məhz Nazarbayev ölkənin ittifaq tərkibində olduğu illərdə müəyyən hazırlıq işləri apararaq öz ölkəsini müstəqil inkişaf yoluna tam münaqişəsiz və maneəsiz çıxara bilmişdi.

Qazaxıstanda tarixin həmin kəsiyinə - orta əsrlərin ən qüdrətli dövləti sayılan Qızıl Ordanın yarandığı dövrə nədən bu qədər əhəmiyyət verilir? Məsələ burasındadır ki, sovet dövründə, elə ona qədərki çar əyyamında da Qızıl Ordanın tarixi-mədəni irsinin tədqiq olunması nəinki təqdir olunmurdu, hətta demək olar ki, qadağan edilirdi. İndi isə hələ prezident Nazarbayevin dövründə qəbul olunan mənəvi modernləşmə proqramı çərçivəsində sözügedən irs ümumiləşdirilib öyrənilir.

Bir müddət əvvəl Qazax xanlığının yaradılmasının 550 illiyi təntənəli şəkildə qeyd olundu. 15-ci əsrdə Qızıl Ordadan ayrılan bu xanlıq 300 il sonra - 18-ci əsrdə könüllü şəkildə Rusiya imperiyasının tərkibinə daxil olmuşdu. Qızıl Ordanın 750 illiyinin keçirliməsi isə bu dövlətin mədəni irsinə olan marağı artıracaq, daxili turizmi stmullaşdıracaq, xarici turistlərin də diqqətini çəkəcək. Qazaxıstan ərazisində Qızıl Orda dövründən qalan çoxsaylı artefakt - sərdabələr, üstü yazılı qəbirüstü abidələr mövcuddur. Ölkə tarixinin həmin dövrü muzeylərdə də geniş işıqlandırılıb. Ölkə daxilində olduğu kimi qonşu ölkələrdə - Rusiyada, Çində də o dövrə aid çox sayda yazılı mənbə var.

Ölkənin yeni prezidenti Qasım-Jomart Tokayev Qızıl Ordanın əsasını qoyan Joşı Xanın dəfn olunduğu yerdə zəruri infrastrukturun yaradılması barədə göstəriş verib. Qazaxıstanın coğrafi mərkəzində - Ulıtau adlanan yerdə onun mavzoleyi var. Bir müddət əvvəl xalqa müraciət edən Tokayev Qızıl Ordanın yubileyinin keçirilməsi barədə danışanda Joşı Xanın tarixi rolunu xüsusi vurğulayıb. Qeyd edək ki, yubileyə hazırlıq işlərində də həmin xanın şəxsiyyətinə böyük diqqət yetirilir.

Yeri gəlmişklən, ölkə ictimaiyyəti müstəqil Qazaxıstan dövləti ilə orta əsrlər Avraziyasındakı nəhəng dövlət arasında tarixi əlaqə faktının təbliğ olunması hadisəsini müsbət qarşılayır. Ümumiyyətlə, ölkədə Çingizxanın şəxsiyyətinə də, qurduğu imperiyaya da böyük maraq var. Hətta onun milliyyətcə qazax olduğu barədə ehtimallar da səslənir, hərçənd bu fakt rəsmi olaraq təsdiq olunmayıb.

Son olaraq söyləyək ki, Qızıl Ordanın 750 illiyinin təntənəli şəkildə qeyd olunması həm ölkə əhalisi üçün, həm tədbirdə iştirak edəcək qonaqlar üçün böyük bir hadisəyə çevriləcək./bizimyol.info/

Son xəbərlər

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930