Bakı-Gürcüstan yolu genişləndirilir “Böyük İpək yolu”nun tərkib hissəsi olan və 503 km məsafəni əhatə edən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.

Turaztv.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır.

Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru və 86 avtobus dayanacağı tikiləcək.

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin ediləcək. Bundan başqa layihənin üsütünlüyü ondan ibarətdir ki, yolu trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir.

Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

Son xəbərlər

Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”

İranla müharibənin daha nə qədər davam edəcəyini açıqladı

İran yeni qadağan olunmuş zona elan edəcək

Zülfiyyə İsmayılova : Sevdim səni - FOTO

Tramp nadir görülən addım atdı

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930