Xəbərlər
11.03.2022, 23:14
Putin Ukraynadakı uğursuzluğa görə FSB rəhbərlərinə qarşı repressiyalara başladı
Vladimir Putin Ukraynadakı uğursuz hərbi kampaniyaya görə günahkarlar axtarmağa başlayıb. İlk olaraq FSB-nin xarici kəşfiyyat idarəsi zərər çəkib - onun rəhbəri Sergey Beseda və müavini Bolux (ad göstərilmir) həbs olunub.
Turaztv.az Pravda-ya istinadla xəbər verir ki, bu barədə Meduza jurnalistlər Andrey Soldatov və İrina Boroqanın məlumatlarına əsasən məlumat yayıb.
Qeyd olunur ki, Beseda və Bolux Ukrayna ərazisində kəşfiyyata cavabdeh olub və Ukraynanın "azad edənləri gül-çiçəklə qarşılamağa” hazır olması ilə bağlı Putini çaşdıran da yəqin ki, onlar olub. Bolux əlavə olaraq dezinformasiyaya görə məsuliyyət daşıyıb.
5-ci xidmət (rəsmi olaraq Operativ İnformasiya və Beynəlxalq Əlaqələr Xidməti adlanır) FSB-nin xarici tərəfdaşlarla, o cümlədən ABŞ agentlikləri ilə əlaqəsinə nəzarət edir. Xidmətin içərisində FSB-nin xarici kəşfiyyatının funksiyalarını yerinə yetirən məşhur Əməliyyat İnformasiya Departamenti (DPI) var.
"Vladimir Putini işğal ərəfəsində Ukraynada baş verən siyasi hadisələrlə bağlı məlumatlarla təmin etmək üçün məsuliyyət daşıyan 5-ci xidmət idi. Və görünür, iki həftəlik müharibədən sonra Putin nəhayət ki, onu sadəcə olaraq aldatdqlarını başa düşdü: 5-ci xidmət lideri qəzəbləndirməkdən qorxaraq, ona sadəcə eşitmək istədiyi məlumatları verdi.
İndi mənbələrimiz bildirir ki, general Beseda və müavini ev dustaqlığına buraxılıb. Səbəblər arasında əməliyyatlar üçün ayrılan vəsaitlərin sui-istifadəsi, eləcə də zəif kəşfiyyat məlumatları var".
Xatırladaq ki, Andrey Soldatov və İrina Boroqan yazıçı-publisisdirlər, Rusiya hökuməti və xüsusi xidmət orqanları haqqında bir neçə kitabın müəllifləridir. Onlar uzun illərdir ki, FSB-ni öyrənirlər və geniş mənbələr şəbəkəsinə malikdirlər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay