Ölkədə ən bahalı cərrahi əməliyyatların qiymətləri
Azərbaycanda nadir və bahalı əməliyyatlardan bir çoxu icra edilir. Hazırda ölkədə icbari tibbi sığorta qüvvədədir, bir çox dövlət və özəl klinikalarda 100-dən çox əməliyyat sığorta hesabına həyata keçirilir. Bura koxlear implantından tutmuş oynaq protezlənmə əməliyyatları daxildir.

Lakin hələ ki, ölkədə ən bahalı əməliyyat - orqan köçürülməsi sığortaya daxil deyil. Eləcə də bahalı əməliyyatlar limitlə icra edilir və hər xəstənin də bundan istifadə etmək şansı olmur.

Azərbaycanda son illər bahalı əməliyyatlara tələbat artmaqdadır. Statistika göstərir ki, insanlarda həyati vacib orqanları – ürək, böyrək, qaraciyəri tez sıradan çıxmağa başlayıb.

Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, Medicina.az hazırda Azərbaycanda qiyməti "dodaq uçurdan” bahalı əməliyyatların sihayısını hazırlayıb.

Bura dəyəri 6-7 mindən yuxarı olan əməliyyatlar daxil edilib. Qiymətlərinə və əhəmiyyətinə, həcminə görə bu əməliyyatları bir neçə qrupa bölmək olar.

Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır.

– Qaraciyər köçürülməsi – 35-40 min manat (donor canlıdan olur, donor xəstənin ailə üzvü, qohumundan)

- Böyrək köçürülməsi – 15-18 min manat

Onkoloji, xərçəng əməliyyatları üzrə ən bahalılar:

– beyin şişləri əməliyyatı (şişin yerləşdiyi yerdən asılı olaraq) – 10-15 min manat

- Mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı – 7-9 min manat

- Qida borusu törəmələrində - rezeksiya və süni boru yerləşdirilməsi - 7-8 min manat

Travmatoloji əməliyyatlardan

– Oynaq protezləşdirilməsi endoprotezlər qorulması - Bir oynaq 6000-7000– iki oynaq 10-12 min manat

- Onurğa fəqərələrin dağılması, qırılmasında fəqərələrin protezləşdirilməsi – hər fəqərə arası sahə üçün - 2500 manat – 4-5 fəqərə 8-10 min manat

Damar əməliyyatları - invaziv, qeyri-invaziv

- Beyin anevrizması, damar yırtılması– 9-10 min manat

- Damar angioplastikaları – aşağı, yuxarı ətraflara stendin qoyulması – bir ayaq 3-4 min, iki ayaq 7-8 min manat

- Beyində stend yerlədirilməsi – bir stent 3-4 min manat

Ürək əməliyyatları

- Ürəkdə damarlara stend qoyulması, stend sayından asılı olaraq, bir stend 2-3min manat. Bir dəfəyə 3-4 stend qoyulduğunu nəzərə alsaq – 8-10 min manat

- Ümumilikdə açıq və ya qapalı olmasından asılı olaraq ürəkdə əməliyyatlar - 9-14 min manat

- Ürəkdə klapan, qapaq əməliyyatları, protezləşdirilmə – 7-9 min manat

Digər:

Mədə kiçiltmə əməliyyatı – bariatrik cərrahiyyə – 5-6 min manat Qiymət əməliyyat zamanı istıfadə olunacaq tək istifadəlik üçün nəzərdə tutulmuş stepler, kartus və s bu kimi alətlərin sayından asılıdır.

Kök hüceyrə köçürülməsi: oynaqlara, onurğa və s. – bir oynaq 3-4 min – ikisi 6-7 min manat

Qeyd edək ki, çox zaman əməliyyatı icra edəcək həkimdən asılı olaraq qiymət dəyişir. Tanınmış, adlı-sanlı cərrahların əməliyyatı daha bahalıdır. Eləcə də klinikadan asılı olaraq qiymətlər 1-2-3 min manat ucuz və ya baha ola bilər.

Son xəbərlər

Hemilton Britaniya Qran-prisinin sprint təsnifatının qalibi olub

Məmməd Əhmədovun 80 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

Ən böyük balığı tutsalar da, rekordları təsdiqlənmədi

Venesuelada zəlzələ qurbanlarının sayı 2645 nəfərə çatıb

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

ŞƏHLA XƏLİLQIZI : KİMİ - FOTO

“Ömür usta”da rol alacaq - FOTO

Leyla Əliyeva təşəkkür etdi

TOVUZUN ELM VƏ TƏHSİL TARİXİNDƏ SİLİNMƏZ İZ QOYAN ZİYALI – TALIB SÜLEYMANOV

Zeynəb Cəmaləddin : NƏ ÜÇÜN - FOTO

Vüsalə İsmayılova : Rast gəldim - FOTO

MİLLİ RUHDAN TURAN MƏFKURƏSİNƏ: NİCAT ƏRTÜRK YARADICILIĞI HÜSEYN CAVİD ƏNƏNƏLƏRİ KONTEKSTİNDƏ

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb

İsti havada bunu etməyin: soyuq duş yuxunuzu poza bilər

18 aptekdə reseptsiz dərman satışı aşkarlanıb

10 gündür axtarışda idi - İstirahətə gedibmiş

İsa Qaraşov - 80! FOTOLAR

Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib

Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı "Saki" aerodromuna zərbə endirib

Goranboy rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

Abşeron Rayon Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binasının açılışı - FOTOLAR

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Naxçıvanda hərbçi vəfat etdi

Lənkəranda Polis Günü qeyd edildi - Fotolar

Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək

Hadisə analıq arzusundan danışdı - “Hazıram”

Bakı metrosunda baş verən terror aktının ildönümüdür

Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031