Gələn il manatın məzənnəsi necə olacaq?


Bu ilin son iş günündə Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərracında 140.3 milyon dollar satılıb. Rəsmi kurs dəyişməyib. İki gün öncə keçirilən hərracda isə tələb 120,9 milyon dollar olmuşdu.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yalnız son 10 gündə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda yarım milyarda yaxın dollar satılıb.

"Son 4 hərracda banklar 494.5 milyon dollar alıblar. Belə ki, dekbarın 23-də 130,9 milyon dekabrın 21-də isə 102,4 milyon dollarlıq tələb qeydə alınıb. Dekabr ayında dollara tələbin artması öncədən gözlənilən idi. Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyil, bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər, bayramla bağlı idxala tələb artır. Bu gün Mərkəzi Bank yaydığı bəyanatda manatın gələn ilki proqnozlaşdırılan məzənnəsinə münasibət bildirib: “2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək”. 2022-ci ildə manatın məzənnəsinin necə olacağı ən çox verilən suallardandır. Mərkəzi Bank milli valyutanın məzənnəsinə heç bir təhdid olmadığını bəyan edib".

Deputat bildirib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

"Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutanın məzənnəsində kəskin azalmalar müşahidə olunurdu. Nəticə etibarilə, region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır.

Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Son xəbərlər

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Məşhur musiqiçi yol qəzasında öldü

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi

Magistratura üzrə 4 minə yaxın plan yeri boş qaldı

Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

"Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur" - DEPUTAT

12-ci illərini belə təbrik etdi - Fotolar

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031