Gələn il manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA

2022-ci ildə manatın məzənnəsinin necə olacağı ən çox verilən suallardandır. Mərkəzi Bank milli valyutanın məzənnəsinə heç bir təhdid olmadığını bəyan edib. Bəs, manat dəyər itirə və ya möhkəmlənə bilərmi?

İqtisadçı deputat Vüqar Bayramov Unikal.org-a bildirib ki, Mərkəzi Bank neftin dünya bazar qiymətinin yüksək olmasının manatın məzənnəsinin potensial möhkəmlənməsi istiqamətində təsir yaratdığını qeyd edib.

Onun sözlərinə görə, bu ölkəyə daxil olan valyutanın həcminin artması ilə əlaqələndirilir.

"Baş bankda bəyan edilib ki, manatın məzənnəsinin möhkəmlənməsinə əhəmiyyətli təzyiq var və bu da Azərbaycanın iqtisadi siyasətinə uyğun deyil. Bununla yanaşı, neftin qiymətində artımlar davam etsə də belə manatın məzənnəsinin xarici valyutalara, xüsusən də dollara nisbətən möhkəmlənməsi inandırıcı deyil. Mərkəzi Bank da manatın möhkəmlənməsində maraqlı görsənmir. Əslində bu hal ixrac olunan qeyri-neft məhsullarını xarici bazarlarda daha da bahalaşdıra bilər. Buna görə də, milli valyutanın məzənnəsinin möhkəmlənməsi indiki halda gündəmdə deyil.

Bütövlükdə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir".
Gələn il manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA

Deputat qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutaların məzənnəsində kəskin azalmalar müşahidə olunurdu.

"Nəticə etibarilə region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır.

Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Nəticə etibarilə Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".


Son xəbərlər

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31