Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

İstintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – "Moskva 24" telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə qərarlar qəbul edilmiş, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilmiş, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Son xəbərlər

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır - Fotolar

İki Vətənin Arasında – xatirələrim, yolum və mən - FOTO

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

Qaradağda yük maşını aşıb

Premyer Liqada I tura bu gün yekun vurulacaq

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31