Xəbərlər
17.08.2026, 23:16
Bəllə məni
Ziyadxan Budaq,
AYB- nin üzvü, şair, publisist.
Könlümdə həvəs olsun,
Bir təzə nəfəs olsun,
Qoy mənə qəfəs olsun
Ruhuna bələ məni.
Gözümdə eşqin odu,
Neyləyər dedi - qodu?
Səndən istəyim budur,
Sevgilin elə məni.
Məramında fərq elə,
Çilçıraq ol,bərq elə.
Baxışında qərq elə,
Axıtma selə məni.
Dərd olar üzər ağrı,
Yarılar eşqin bağrı.
Arıdıb məni Tanrı,
Sovurma yelə məni.
Bir təzə səs ömürdür,
Zildəki pəs ömürdür.
Tənhalıq nəhs ömürdür,
Tək qoyma belə məni.
Sən də ol mənim kimi,
Lövbər sal gəmim kimi.
Qoy olsun qənim kimi,
Təzədən ələ məni.
Gör ki, sevən ürəyəm,
Mən də ayrı mələyəm.
Gör ki,sənə gərəyəm,
Beləcə bəllə məni.
Bakı şəhəri.

AYB- nin üzvü, şair, publisist.
Könlümdə həvəs olsun,
Bir təzə nəfəs olsun,
Qoy mənə qəfəs olsun
Ruhuna bələ məni.
Gözümdə eşqin odu,
Neyləyər dedi - qodu?
Səndən istəyim budur,
Sevgilin elə məni.
Məramında fərq elə,
Çilçıraq ol,bərq elə.
Baxışında qərq elə,
Axıtma selə məni.
Dərd olar üzər ağrı,
Yarılar eşqin bağrı.
Arıdıb məni Tanrı,
Sovurma yelə məni.
Bir təzə səs ömürdür,
Zildəki pəs ömürdür.
Tənhalıq nəhs ömürdür,
Tək qoyma belə məni.
Sən də ol mənim kimi,
Lövbər sal gəmim kimi.
Qoy olsun qənim kimi,
Təzədən ələ məni.
Gör ki, sevən ürəyəm,
Mən də ayrı mələyəm.
Gör ki,sənə gərəyəm,
Beləcə bəllə məni.
Bakı şəhəri.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








