Ermənilərin Şuşada törətdiyi təxribat nəticəsində 3 hərbçimiz YARALANIB

Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyi erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı birgə məlumat yayıb.

Unikal.org-a daxil olan məlumatda bildirilir:

"Noyabrın 13-ü saat 07:12-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib.

Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır".

Son xəbərlər

Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq

Ərdoğan Qazaxıstanda dövlət səfərindədir

Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

SÖZ MƏQAMI OLAN TAPDIQ ƏLİBƏYLİ - FOTO

TƏBİB-in rəhbərindən yeni təyinatlar - FOTO

QIZBƏS QƏBƏLƏ : ÖZBƏK BULAĞI (Poema) - FOTO

Sabah 31° isti olacaq - PROQNOZ

Məşhur SSRİ diplomatının nəvəsi ölü tapıldı

"Survivor"da ağır qəza - İştirakçının ayağı amputasiya edildi

Qurbanlıq heyvanların satış və kəsim ünvanları - Açıqlandı

May pensiyaları bu tarixdə ödəniləcək

Çağlaya qəbiristanlıqda evlilik təklifi edibmiş

“Fikret”lə “Ferhunde” 16 il sonra görüşdü - Foto

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Hər nə bişirmişəm, saz bişirmişəm - FOTO

“Avroviziya 2026”nın ilk finalçıları müəyyənləşdi

Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölüb

Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək

Bir qəmli nəğməyə dönərəm gülüm - FOTO

Museveni yeddinci prezidentlik dövrünə başladı

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq – RƏSMİ

ABŞ-də inflyasiya son üç ilin ən yüksək səviyyəsinə çatdı

Fidan: İranla yenidən münaqişənin başlaması qlobal iqtisadiyyata zərər verəcək

İran 5 əsas şərtini açıqladı

On Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib

Niderlandın baş naziri xəstəxanaya yerləşdirildi

Rusiyaya gedəcəyini istisna etmədi

Qəlbimizin hərarəti...

Yeniyetmə güləşçilərimiz Avropa çempionatına üç medalla başlayıblar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031