SON DƏQİQƏ: Prezidentdən hər kəsin gözlədiyi SƏRƏNCAM...Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb.

Turaztv.az Unikal.org-a istinadən xəbər verir ki, qərara əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu Qərardan irəli gələn məsələlərin həll edilməsinə dair tapşırıq verilib.

Siyahı


1. Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” Polad İsrayıl oğlu Həşimovun adı verilsin.

2. Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilsin.

3. Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu
Həmidovun adı verilsin.

4. Bakı şəhəri 47 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Zaur İsmayıl oğlu Nudirəliyevin adı verilsin.

5. Qəbələ şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Əfqan Ağasəf oğlu Abdurahmanovun adı verilsin.

6. Masallı şəhəri 6 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Sübhan oğlu Cəfərovun adı verilsin.

7. Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Nadir oğlu Əkbərovun adı verilsin.

8. Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Vaqif oğlu Əliyevin adı verilsin.

9. Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbinə (müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Faiq Qaçay oğlu Qasımovun adı verilsin.

10. Bakı şəhəri 216 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Vaqif oğlu Qasımovun adı verilsin.

11. Qubadlı rayonu Xanlıq kənd ümumi orta məktəbinə (müvəqqəti olaraq Bakı şəhəri, Ramana qəsəbəsində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Vüqar Əhməd oğlu Ağayevin adı verilsin.

12. Beyləqan şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elbrus Eyvaz oğlu Bayramovun adı verilsin.

13. Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amid Rəbbil oğlu Heydərovun adı verilsin.

14. Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şixamir Oruc oğlu Qaflanovun adı verilsin.

15. Bakı şəhəri 88 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elçin Elşən oğlu Mansurovun adı verilsin.

16. Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Mehman oğlu Şükürovun adı verilsin.

17. Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Rəşad Arif oğlu Abdullayevin adı verilsin.

18. Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nihad Akif oğlu Babayevin adı verilsin.

19. Bakı şəhəri 48 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ceyhun Aydın oğlu Həsənovun adı verilsin.

20. Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Cavid Hilal oğlu Mahmudovun adı verilsin.

21. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Veysəl Yadullayeviç Musibovun adı verilsin.

22. Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Surxay Əbdül oğlu Noçuyevin adı verilsin.

23. Zaqatala şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” İsmayıl Məhəmməd oğlu Səmədovun adı verilsin.

24. Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Valeh Vahid oğlu Bədəlovun adı verilsin.

25. Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azad Arif oğlu Hümbətovun adı verilsin.

26. Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Adil Asəm oğlu İbrahimlinin adı verilsin.

27. Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şahin Hüseynbala oğlu Allahyarovun adı verilsin.

28. Salyan Peşə Liseyinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Sübhan Rahim oğlu Cəbrayılovun adı verilsin.

29. Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilsin.

30. Quba şəhəri Texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Mehrab Söhrab oğlu Niftəliyevin adı verilsin.

31. Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azər Nazim oğlu Yusiflinin adı verilsin.

32. Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Bayram oğlu Əsgərlinin adı verilsin.

33. Qobustan şəhəri 2 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elyar Arif oğlu Vəliyevin adı verilsin.

34. Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Rövşən oğlu Cabbarovun adı verilsin.

35. Oğuz şəhəri 3 nömrəli məktəb-liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nail Nəriman oğlu İbrahimlinin adı verilsin.

36. Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amin Tacəddin oğlu Novruzovun adı verilsin.

37. Füzuli rayonu Horadiz şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Fəqan Amil oğlu Zalovun adı verilsin.

Son xəbərlər

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

Azərbaycan Prezidenti: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib

MƏMMƏD QƏDİR : Bir can saxlamışam sənə əmanət - FOTO

Konsertə yeni sevgilisi ilə qatıldı - Foto

BİR KƏND,YEDDİ ŞAİR”ƏDƏBI MÖCÜZƏSININ BEŞİNCİ SƏSİ–FÜRQANİ FENOMENİ... - FOTOLAR

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB

Xanımı ilə Zəfər parkını ziyarət etdi - Fotolar

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

“Bakı Gəmiqayırma Zavodu” və “KTZ Express Shipping” arasında müqavilə imzalandı - Fotolar

Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir

Lənkəranın 2 kəndində qaz olmayacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031