27 ildən sonra Ağdamda işıq yanacaq - Video

İşğaldan azad edilən Ağdam rayonunda yaxın müddətdə öz işığımız yanacaq. Belə ki, Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə cənab Prezidentin tapşırığına uyğun olaraq “Azərenerji” tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

Digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda iri həcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir. Respublika Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynovun sözlərinə görə hər iki yarımstansiyada işlərin başa çatması çox sevindirici və əlamətdar hadisədir. “Bu gün biz qeyd edə bilərik ki, yarımstansiyalar qrafikdən qabaqlama rejimində icra olunub və Ağdam şəhərinə 27 ildən sonra işıq çəkə bildik. Bu günü bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bundan sonra Ağdamı, ümumiyyətlə Qarabağı cənnətə çevirəcəyik.”

“Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilir. “Azərenerji”nin Qarabağ Regional Şəbəkəsinin rəisi Mircəlal Hüseynov isə bildirir ki, yarımstansiyalarda quraşdırılan avadanlıqların hamısı müasir standartlara cavab verir. “Hamısı mikroprosessor tipli avadanlıqlardır. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunacaq”.

Qeyd edək ki, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına “Xındırıstan” yarımstansiyasından 35 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xəttin tarssası tam minalanmış ərazidən keçib və bəzi yerlərdə bir neçə metr enində cığır açılaraq mina təmizləyənlərlə energetiklər paralel şəkildə öz işlərini görüblər. Ən əsası isə yeni çəkilən 35 kilometr məsafəli xəttin və üstəlik Ağcabədidən Xındırıstana qədər 28 kilometr məsafədə 110 kV-luq xətt üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiber optik kabel çəkilib. Bununla Ağdama təkcə elektrik

xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib. Bununla da nəinki, Ağdamdakı xüsusi təyinatlı obyektlərin, yarımstansiyaların, eləcə də burada tikilən “Azərenerji”nin Qarabağın Regional Avtomatik İdarəetmə Mərkəzinin yeni nəsil texnologiyalar əsasında fəaliyyət göstərməsi üçün sürətli internet şəbəkəsi ilə təminatı həyata keçiriləcək.

“Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə nəinki Ağdamda, bütövlükdə Qarabağda tikilən bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin idarəetməsini təşkil edəcək Avtomatik İdarəetmə Mərkəzi tikilir. “Burda yeni nəsil müasir texnologiyalardan istifadə olunub rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə açılıb, qoşulma əməliyyatları da daxil olmaqla bütün lazımi tədbirlərin hamısı avtomatik şəraitdə həyata keçiriləcək.”

“Ağdam-1” yarımstansiyasının ərazisində Avtomatik İdarəetmə Mərkəzi ilə yanaşı “Azərenerji”nin Qarabağın regional xüsusi təyinatlı maşın-mexanizmlərinin nəqliyyat sahəsi, texnika və avadanlıqlarının təmir sahələri də tikilir və bütün işlər yaxın müddətdə yekunlaşdırılacaq.

27 ildən sonra Ağdamda işıq yanacaq - Video27 ildən sonra Ağdamda işıq yanacaq - Video27 ildən sonra Ağdamda işıq yanacaq - Video27 ildən sonra Ağdamda işıq yanacaq - Video27 ildən sonra Ağdamda işıq yanacaq - Video27 ildən sonra Ağdamda işıq yanacaq - Video27 ildən sonra Ağdamda işıq yanacaq - Video

Son xəbərlər

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

23 məşhurun da narkotest nəticəsi açıqlandı

72 yaşlı Ali Ağaoğlu altıncı dəfə ata olur

Türkiyəli aktyor saxlanıldı - FOTOLAR

Beren ilk albomunu təqdim etdi - Fotolar

Nikol Kidman iş adamıyla münasibətdədir?

İşə qəbul olmaq istəyirsinizsə, müsahibədə bu sözləri deməyin

Hər gün qarabaşaq yesəniz, orqanizminizdə bu 5 mühüm dəyişiklik baş verəcək

Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib

Azərbaycan universitetləri beynəlxalq siyahıya düşdü

Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

İlham Əliyev qəbul keçirdi - Fotolar

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930