Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcəkSentyabrın 12-də Ağdam sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri təşkil edilib. Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlıları doğma şəhərlərində salamlayıb. Bildirib ki, məcburi köçkünlər 30 ilə yaxındır doğma yurdlarına gəlmək həsrəti ilə yaşayırdılar. İşğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi nəticəsində bu həsrətə son qoyuldu. Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda inkişaf, quruculuq dövrü başlayıb. Ağdamlıların doğma şəhərlərinə səfərlərinin təşkil edilməsi böyük qayıdışın bir hissəsidir. Tezliklə Ağdam yenidən qurularaq regionun ən gözəl, müasir bir şəhərinə çevriləcək və ağdamlılar öz şəhərlərində əbədi yaşayacaqlar.

Səfər iştirakçıları Ağdam şəhərinin Baş planı ilə tanış olublar. Onlara Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Ağdamlılar doğma şəhərlərində aparılacaq işlərdən məmnunluqlarını ifadə edib, fikir və təkliflər səsləndiriblər.

Ağdam sakinləri daha sonra Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını ziyarət ediblər. Şəhərin gəzintisi zamanı onlara həyata keçiriləcək yenidənqurma işləri barədə məlumat verilib. Ağdamlılar səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar.Qeyd edək ki, Ağdam sakinlərinin doğma şəhərlərinə ilk səfəri sentyabrın 5-də təşkil olunub.


Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək
Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31