YAP Yasamal rayon təşkilatında “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir təşkil olunubYeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında İkinci Qarabağ müharibəsində şəhid olmuş igidlərimizin ailələri, qazilər və tələbələrin iştirakı ilə tədbir baş tutub.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Cəbrayıl şəhərinin düşmən tapdağından azad olunmasının ildönümü münasibətilə hər kəsi təbrik edib, Azərbaycanın şanlı Ordusunun 44 günlük zəfərindən söz açıb. O bildirib ki, Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Ordumuzun əsgər və zabitlərinin peşəkarlığı, onlarda olan vətən sevgisi, ruh yüksəkliyi bizə bu tarixi Qələbəni bəxş edib. Xalqımız 44 gün ərzində milli birlik nümayiş etdirib, xalq olaraq bir yumruq ətrafında birləşməyi bacarıb. Bu birlik və möhkəmlik Azərbaycan xalqının tarixində qızıl hərflərlə yer alıb. Çox təəssüf ki, müharibə şəhidsiz olmur. Bu gün şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına bayrağımız işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Biz şəhid ailələrinin qarşısında baş əyirik. Azərbaycan xalqı onların yetişdirdikləri övladlar ilə fəxr edir.

Sonra çıxış edən şəhid kapitan Hüseynzadə Həmidağanın atası Hüseynzadə Bağı üzünü tədbirdə iştirak edən tələbələrə tutaraq bugünkü gənclərin vətənpərvər ruhda yetişməsini, təhsilini mükəmməl şəkildə alaraq gələcəkdə ölkəmizin inkişafı üçün xidmət etməyin vacibliyini vurğulayıb. Təhsilli gənclik dövlətimizi inkişafa aparan əsas qüvvədir. Bu qüvvə sağlam, vətənpərvər və xalqına bağlı gənclərdən ibarət olmalıdır.

Görüşdə iştirak edən şəhid Elvin Salahovun atası Sabir Salahov şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan söz açaraq qeyd edib ki, Elvin uşaq yaşlarından orduya maraq göstərib. Elvinin vətənə olan sevgisi, düşmənə qarşı nifrəti onu şəhidlik kimi müqəddəs bir zirvəyə yüksəltdi. Elvinlə çiyin-çiyinə vuruşan döyüş yoldaşları onun hər zaman öndə gedərək vətənimizin işğal altında olan torpaqlarımızın azad olunmasında böyük şücaət göstərdiyini söyləyiblər.

Qazi Hüseyn Qurbanov öz növbəsində keçdiyi döyüş yolundan fəxr və iftixarla danışaraq öz təşəkkürünü bildirib.

Sonra müharibənin ilk günlərindən ordu sıralarına Vətən müharibəsi iştirakçısı Sefiyev Amil müharibə dövründə Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında “dəmir yumruq” tək sıx birləşməsini xüsusi qeyd edib.

Vətən müharibəsi iştirakçısı Elnur Soltanov da çıxışında keçdiyi döyüş yolundan fəxrlə danışıb.

Çıxış edənlər şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəsində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin ikinci kurs tələbəsi Cahan Salmanova “Şəhidlər haqqında” şeirini ifa edib.

Tədbirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs magistr tələbəsi Yusif Cəfərbəyli və komandasının “Xudayar təsnifi” ifası ilə yekun vurulub.
YAP Yasamal rayon təşkilatında “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir təşkil olunub
YAP Yasamal rayon təşkilatında “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir təşkil olunub

Son xəbərlər

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31