“Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilibYeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən 27 sentyabr - Anım Gününə həsr edilmiş “Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, tədbirə, həmçinin Nəsimi rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra “Şəhidlər ölməz” videoçarxı nümayiş etdirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbiri açaraq bildirib ki, müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdilər. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalına və and yerinə çevrildi.

Sonra çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib: “Bu gün biz şəhidlərimizə və qazilərimizə borcluyuq. Hər birimiz həm vətəndaş, həm də tutduğumuz vəzifə çərçivəsində gənc nəslin onlar kimi formalaşmasında məsuliyyət daşıyırıq. Həyata keçirəcəyimiz təbliğat işləri ilə şərəfli tariximizi və bu tarixin qəhrəmanlarını uşaq və gənclərimizin əbədi yaddaşına yazılmasına nail olmalıyıq”.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon ərazi təşkilatının sədri Azər Quliyev və şəhid atası Ceyhun Kərimli çıxışlarında şəhidlərin xatirəsinin müqəddəs olduğunu qeyd ediblər.Sonda müsabiqədə iştirak edən 1000-ə yaxın iştirakçı tələbə arasından 45 nəfər qalibə diplom və “Xarıbülbül” döş nişanı təqdim olunub.

“Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib
“Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib
“Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31