
Xəbərlər
28.09.2021, 23:32
SON DƏQİQƏ: Bu rayonlarda zəlzələ oldu
Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
Turaztv.az Redaktor.az-a istinadən xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22-55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









