
Xəbərlər
4.05.2020, 10:40
Azərbaycanda zəlzələ oldu

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.
“Report” un Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib.
Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













