
Məktəblərdə tədris prosesi siniflərdə bərpa ediləcək – ŞƏRTLƏR AÇIQLANDI
Oktyabrın 4-dən sonra məktəblərdə təhsil yalnız yoluxma sayının az olduğu kənd və şəhərlərdə başlayacaq.
Turaztv.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli açıqlama verib.
Onun sözlərinə görə, oktyabrın 4-dən sonra məktəblərdə təhsil yalnız yoluxma sayının 4%-dən az olduğu kənd və şəhərlərdə başlayacaq.
O həmçinin, əvvəlki semestrlərdə olduğu kimi, valideyinlərin öz uşaqlarının 4 oktyabrdan sonra təhsil rejiminin distant yoxsa məktəbdə davam edəcəyini seçə biləcəyini bildirib:
"Əgər məktəblər açılacaqsa, lakin valideyin övladının yenə də distant təhsil almağını istəsə bu zaman məktəbə müraciət edərək onun övladı üçün təhsilin distant qaydada davam etməsinə nail ola biləcəklər", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Gürcüstanda məktəb, universitet və peşə məktəblərində təhsil 15 sentyabrdan 4 oktyabradək distant rejimdə davam edəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












