
Xəbərlər
16.07.2019, 15:37
Sabirabadda mərkəzi bazarda yanğın olub

Bu gün səhər saatlarında Sabirabad şəhərinin İlham İsgəndərov küçəsində yerləşən Mərkəzi bazarda yanğın baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şahidlərin sözlərinə görə, yanğın “Əmin” market ticarət obyektindən başlayıb. Alov gücləndikcə əhatə dairəsi daha da genişlənib. Hadisə yerinə FHN-in 15-ə yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











