Deputat Soltan Məmmədovun məqaləsi Fransa portalında dərc olunubMilli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədovun Fransanın musulmansenfrance.fr portalında məqaləsi dərc olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Ən yaxı yol bütün açıq sualları birgə müzakirə etməkdir” sərlövhəli məqalədə deputat Azərbaycan-Fransa münasibətlərinin tarixinin hər iki ölkənin iqtisadi və geosiyasi maraqlarının bir çox nöqtələrdə üst-üstə düşdüyünü təsdiq edən faktlarla zəngin olduğunu qeyd edib. Məqalədə Fransanın Ermənistanla Azərbaycan arasında ötən ilin sentyabrında baş vermiş müharibə zamanı və müharibədən sonra nümayiş etdirdiyi mövqenin bir çox haqlı suallar doğurduğu qeyd edilib.

Bu sualları doğuran səbəblərin bir neçə kontekstdə təhlil olunduğu məqalədə göstərilir ki, birinci kontekst ikitərəfli əlaqələrdir. Fransanın bəzi yüksək vəzifəlişəxslərinin müharibə dövründə və sonrakı mərhələdə Ermənistanı birmənalı olaraq dəstəkləməsinin Azərbaycan-Fransa münasibətlərinin ruhuna uyğun olmadığı vurğulanıb. Azərbaycanda Fransanı dost ölkə hesab edirlər, ona görə də Fransanın birtərəfli mövqeyi təəccüblə qarşılanır.

Məqalədə həmçinin vurğulanıb ki, Fransanın mövqeyinin təəccüb doğurduğu ikinci məqam beynəlxalq hüquq və tarixi ədalət anlayışlarıdır. Qeyd olunub ki, bütün dünya, o cümlədən, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ərazi bütövlüyünün və suverenlyin toxunulmazlığı beynəlxalq hüquqda təsbid olunmuş fundamental prinsiplərdən biridir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti isə Sovetlər dövründə rəsmən məhz Azərbaycan ərazisi kimi tanınıb. Fransa Respublikasının bəzi yüksək vəzifəli şəxslərinin bəyanatlarını, xüsusilə də parlamentin hər iki palatasının qəbul etdiyi sənədləri beynəlxalq hüquqa etinasızlıq, tarixi ədaləti görməzdən gəlmək kimi qiymətləndirənlər bu faktlara istinad edirlər.

Üçüncü kontekst onunla bağlıdır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın birtərəfli qaydada Ermənistanın mövqeyini müdafiə etməsi Minsk Qrupunun həmsədri kimi götürdüyü öhdəlikərə uyğun gəlmir, bu ölkənin tərəfsizliyinə və obyektivliyinə Azərbaycan tərəfində müəyyən şübhələr yaradır.

Dördüncü mühüm məqam isə ondan ibarətdir ki, Fransanın tərəflərdən birini dəstəkləməsinin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasına, etimad mühitinin formalaşmasına, davamlı sülhün təmin olunmasına kömək etmir.

Məqalədə Azərbaycan Fransa ilə münasibətlərin inkişafında maraqlı olduğunu konkret addımları ilə nümayiş etdirdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Fransanı yalnız siyasi və iqtisadi mənafelər deyil, eyni zamanda, dərin tarixə malik dostluq, tərəfdaşlıq münasibətləri birləşdirir.

Məqalənin tam mətni ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://musulmansenfrance.fr/les-relations-azerbaidjano-francaises/

Qeyd edək ki, “musulmansenfrance” portalı Fransanın 8 milyon nəfərlik müsəlman icmasının ən nüfuzlu kütləvi informasiya vasitəsi hesab olunur. Portal iki dildə - ingilis və fransız dillərində yayımlanır. Gündəlik İP sayı 70 mindən çoxdur. Portalın gündəlik abunəçilərinin sayı 12 mindir. Fransanın 100-ə yaxın kütləvi informasiya vasitəsi portalın materiallarına istinad edir.

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31