Sahibə Qafarova Fransa Milli Assambleyasının sədri Rişar Ferrana etirazını bildirib


Milli Məclisin Sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının Sədri Rişar Ferrana məktub ünvanlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məktubda Milli Məclisin Sədri oktyabrın 16-da Fransa Milli Assambleyasının Rəyasətində qeydiyyatdan keçmiş “Artsax respublikasının tanınması” haqqında qətnamə təklifi ilə əlaqədar ciddi narahatlığını və narazılığını ifadə edib.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və heç bir dövlət, o cümlədən Fransa tərəfindən tanınmamış qanunsuz separatçı rejimin Fransa tərəfindən tanınması məqsədini daşıyan bu təklif Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasına yönələn və heç bir hüquqi əsası olmayan akt kimi qiymətləndirilir. Belə bir təklif Fransanın beynəlxalq, Avropa və ikitərəfli öhdəliklərinə ziddir və ölkələrimiz arasında münasibətlərə ciddi zərər vura bilər.

Qeyd olunur ki, Fransa Minsk Qrupunun həmsədr ölkəsi kimi ATƏT-in prinsipləri və BMT Nizamnaməsi əsasında öz üzərinə öhdəlik götürmüş, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrinin qəbul edilməsinə səs vermişdir. Həmin qətnamələr Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın bir hissəsi olduğunu təsdiqləyir, Azərbaycan ərazilərinin işğalını pisləyir, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edir və erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Eyni şəkildə, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə yaradan və ya təhdid edən bütün addımları qadağan edir.

Sözügedən qətnamə təklifi, eyni zamanda, Fransanın “Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə” üzrə qarşılıqlı öhdəliklərinə ziddir.

Milli Məclisin Sədri Sahibə Qafarova məktubda xatırladır ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək “Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” (1996), eləcə də “2018-2020-ci illər üçün Azərbaycan-Avropa İttifaqı arasında Tərəfdaşlığın Prioritetləri”ndə də təsdiq edilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstək prinsipinin Avropada sülh və sabitliyin qorunmasına töhfə verəcəyi təsbit edilib.

Məktubda bildirilir ki, Fransa vasitəçi kimi qərəzsizliyini və bitərəfliyini qorumalı, beynəlxalq hüququ pozan və münaqişənin danışıqlar yolu ilə həllinə mane olan bütün qanunsuz hərəkətlərin qarşısını almalıdır. Əks təqdirdə bu, Fransa üçün Minsk Qrupunun həmsədri kimi məsuliyyyət doğuracaqdır.

Belə ki, sözügedən qətnamə təklifi qəbul ediləcəyi təqdirdə o, Minsk Qrupu çərçivəsində danışıqlar prosesinə kobud və təhlükəli müdaxilə kimi münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi xələl gətirəcəkdir.

Milli Məclisin Sədri Sahibə Qafarova məktubun sonunda bildirib ki, belə bir addım Azərbaycan-Fransa əlaqələrinə qarşı ciddi çağırışdır və ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın heçə endirilməsi ilə nəticələnə bilər.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930