Sahibə Qafarova Şimali Kipr parlamentinin sədri ilə telefonla danışıb



Oktyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub. Telefon danışığı zamanı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum əməliyyatlarında ölkəmizi dəstəkləyir və tezliklə Azərbaycan torpaqlarının işğalçılardan təmizlənəcəyinə inanır. Şimali Kipr Türk Cümhuriyyəti bu haqq işində daim Azərbaycanın yanındadır.

Telefon zənginə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutub. Ötən günlərdə isə işğalçı ölkənin silahlı qüvvələri Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə, sənaye şəhəri Mingəçevirə və münaqişə zonasına aid olmayan digər şəhərlərə raket hücumları həyata keçirib.

Nəticədə mülki əhali arasında həlak olanlar, yaralananlar və çoxlu sayda dağıntılar var. Ermənistan silahlı qüvvələrinin mülki insanları və obyektləri atəşə tutması beynəlxalq cinayətdir və bunun məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Milli Məclisin sədri Azərbaycana verdiyi dəstəyə görə bir daha Şimali Kipr Türk Cümhuriyyətinə təşəkkürünü bildirib.

Son xəbərlər

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031