“3 şərt Ermənistan tərəfindən qəbul edilsə...” - GƏLİŞMƏ

II Qarabağ savaşından qalib çıxan Azərbaycanın və bu müharibədə ölkəmizə sona qədər qardaşlıq dəstəyi göstərən Türkiyənin Ermənistanla sərhədləri nə zaman açacağı məsələsi gündəmə gəlib. Tez-tez bu mövzu ətrafında geniş müzakirələrə rast gəlirik.

Həm Türkiyə, həm də Azərbaycan Ermənistanla sərhədləri hansı şərtlərdə və şəraitdə açacaq? Bu proses paralel olacaq? Suallardan biri də odur ki, məsələ ermənilər yerdə qalan ərazilərimizi tərk edəndən sonra reallaşacaq, yoxsa?

Əslində Azərbaycana sərhədlərin indən sonra uzun müddət bağlı qalması sərf edir. Bu, Ermənistanın daha da - böyük miqyaslı çöküşünə gətirəcək. Həmçinin, Türkiyə ilə də Ermənistanın sərhədinin gec açılması xeyirimizədir. Daha çox dərs almaları və bizə tabe olmaları üçün vacibdir.

Bəs beynəlxalq şərtlər necə diqtə edir, yaxud edəcək? Bu proses bizim istəyib-istəməməyimizdən asılı ola bilərmi? Sərhədlərin açılmasından yalnız Ermənistanmı xeyir götürə bilər? Bu məsələdə Türkiyə və Azərbaycanın xeyri nədən ibarət olacaq?

Siyasi şərhçi Əhəd Məmmədli bir sıra şərtlər müqabilində sərhədlərin açıla biləcəyini söylədi: “Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan sərhədləri yalnız bu şərtlər altında açıla bilər:

Ermənistan rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.

Yalnız bu 3 şərt Ermənistan tərəfindən qəbul edilsə, bu ölkə ilə dövlət sərhədlərimiz açıla bilər. Və bu proses Ermənistan tərəfindən Türkiyə və Azərbaycanla paralel aparılmalıdır. İki qardaş türk dövləti olan Türkiyə və Azərbaycan da bir-birlərinin maraqlarını öz maraqları kimi müdafiə etməlidirlər. Beynəlxalq şərtlərə gəldikdə isə, şərtləri güclü olan tərəf diktə edir. Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərində isə güclü tərəf bizik. Ona görə də şərtləri də rəsmi Ankara ilə Bakı diktə etməlidir. Beynəlxalq dünyaya da bu cür deməliyik. Hər kəs güclə hesablaşır. İlk növbədə güclü beynəlxalq dediyiniz dünya hesablaşır. Dünya da Qarabağ müharibəsində Azərbaycanın gücünü gördü. İndi də Azərbaycan gücündən siyasi-diplomatik arenada istifadə etməlidir ki, hərbi cəbhədəki uğurlarını siyasi meydanda tamamlamaq üçün. Sərhədlərin açılmasından hər kəs xeyir götürə bilər, o cümlədən Azərbaycan da. Lakin rəsmi Bakı və Ankaranın yuxarıda göstərilən şərtləri İrəvan və himayədarı Moskva tərəfindən qəbul edilməlidir".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da şərtlərdən danışdı: “Bu, çox vacib məsələdir. Sərhədlərin açılması ən axırda olmalıdır. Həm də sərhədlərə Azərbaycan Ordusu, Sərhəd Xidməti nəzarət edəndən sonra bunu etmək olar. Azərbaycanın şərtləri var. Ərazi bütövlüyümüzün Ermənistan tərəfindən rəsmi tanınması, Dağlıq Qarabağın bütün ərazisində hakimiyyətimizin bərqərar olması, məcburi köçkünlərimizin Xankəndi və digər yerlərə qaytarılması kimi şərtlərimiz var. Yalnız bu şərtlər yerinə yetirildikdən sonra sərhədlərin delimitasiyasına, demarkasiyasına başlamaq və sərhədləri açmaq olar. Bu şərtlər yerinə yetirilmədən sərhədlərin açılması Ermənistanın revanşist istəklərinə yol açar. Türkiyə də bu məsələdə Azərbaycanın mövqeyini müdafiə etməli, Ermənistanla sərhədləri açmamalıdır. İndi Zəngəzur dəhlizi vasitəsi ilə nəqliyyat yollarının açılması müzakirə olunur. Bu yol açılmalıdır. Amma bu, sərhədlərin açılması anlamına gəlməməlidir. Bu dəhliz xüsusi nəzarət- buraxılış rejimində işləyə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bunları dedi: “Azərbaycan qalib gəldi və erməni işğalına son qoydu. Bu baxımdan bəli, Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara hazırdır. Heç vasitəçiyə də ehtiyac yoxdur. Ermənistan qorxur və proseslərə Rusiya, Amerika və Fransanı cəlb etmək istəyir. Hətta sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar tək danışıqlarda iştirakdan çəkinir. Bütün bunlar Ermənistanın problemidir. Biz Ermənistana xoş niyyətimizi çatdırmışıq. Əlimizi uzatmışıq ki, sərhədləri aça bilərik, gələcəkdə diplomatik münasibətlərin qurulması mümkündür. Amma bunun üçün bir neçə şərt yerinə yetirilməlidir. Azərbaycan və Türkiyə ilə sərhədlərin hələ bağlı qalması ilk növbədə, Ermənistanın özünü narahat etməlidir. Bizim iqtisadi inkişafımız var, problemləri özümüz həll edirik. Amma Ermənistan iki qonşusu ilə düşmən münasibətindədir. Əgər işğalçı ölkə normal münasibətlər qurmaq istəyirsə, sərhədlərin açılmasını arzulayırsa, bir neçə addım atmalıdır. Birincisi, minalanmış ərazilərin xəritələrini bizə təhvil verməlidir. Digər vacib olanı Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımasıdır. Digər tərəfdən Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Bunlar olarsa, Azərbaycan və Türkiyə qarışıqlı addımlar atacaq. Nəticədə sərhədlər açılacaq və normal münasibətlər üçün zəmin yaranacaq. Amma açılmasa belə bu Azərbaycan və Türkiyəyə böyük maneələr yaratmayacaq. İndiki məqamda problemlər Ermənistanın özünə yaranır. Bütün regional layihələrdən kənarda qalması, sıxışdırılması prosesi davam edəcək. Getdikcə bu şəkildə davam erməni iqtisadiyyatını daha da məhv edəcək. Seçim Ermənistanındır. Barışıq, sülh istəyirsə, şərtləri qəbul etməlidir. Əks halda daim müharibə qorxusu altında yaşayacaqlar”.
“Yeni Müsavat”

Son xəbərlər

Bu gecə “qovuşurlar”

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Alıcan İsgəndərli : " DOST DOSTA TƏN GƏRƏK... " - FOTO

Qismətim deyilsən - FOTO

Bir Mayis Əlizadə var idi... - FOTO

Paşinyanı təbrik edib, Cənubi Qafqazda sülhə söz verdi

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Yayım tarixi bəlli oldu

Perez Papa ilə görüşdü - Foto

Vətən qızı Brilyant Atəş : İSTƏ - FOTO

ABŞ İrana gedən tankerə zərbə endirib

Onlar da narkotik istifadəçisi imiş

“Güller ve günahlar”da ayrılıq - FOTO

Tərəf müqabili oldular

Xatirə İsmayılova : Hər xəmirdən çörək olmaz, nan olmaz - FOTO

Kimlərə güzəştli kreditlər veriləcək?

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930