2 iyun: Pensiyalarla bağlı mühüm xəbər“Azərbaycanda artıq sovet dönəmində mövcud olmuş I, İİ və III qrup əlillik dərəcələrindən imtina olunur, orqanizmin funksiyalarının itirilmə faizləri əsasında əlillik səviyyəsi müəyyənləşir”.

Turaztv.az Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.


M. Quliyev deyib ki, bu gün parlamentin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər, bununla bağlı 60 qanunvericilik aktına əlavə və dəyişikliklər barədə məsələlərə baxılıb və bu məsələlər parlamentin plenar iclasına tövsiyə olunub: “Azərbaycan 2018-ci ildən BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasını ratifikasiya edib. Konvensiyanın tələblərindən biri də milli qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğunlaşdırmaqdır. Məhz bu tələbdən irəli gələrək 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul olunub. Bu gün qanunlara dəyişiklik də həmin uyğunlaşdırma prosesinin davamıdır. Beləliklə, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən, əgər orqanizmin funksiyası 30 faizə qədər pozulubsa, əlillik dərəcələri müəyyənləşmir. Sadəcə, şəxs peşə vəzifəsini yerinə yetirərkən əmək, yaxud peşə xəsarəti alması nəticəsində orqanizmin funksiyasını 30 faizə qədər itiribsə, müəyyənləşdirilən faizə münasib olaraq işi yerindən həmin şəxsin əməkhaqqına, yaxud pensiyasına əlavə veriləcək. İnsanın hər hansı funksiyasının 30 faizə qədər pozulması onun hər hansı əmək qabiliyyətinə mane olmur. Onu da qeyd edim ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, insan əmək qabiliyyətinin 30 faizini itirirdisə, III dərəcə əlillik verilirdi, 29 faiz əmək qabiliyyətini itirənlərə isə əlillik dərəcəsi verilmirdi”.

Parlamentin komitə sədri qeyd edib ki, dəyişikliklərə əsasən, orqanizmin funksiyaları 31 faizdən 60 faizə qədər pozulubsa, hazırdakı mövcud III əlillik dərəcəsinə bərabər əlillik, orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə hazırdakı mövcud II əlillik dərəcəsinə bərabər əlillik, orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə hazırdakı mövcud I əlillik dərəcəsinə bərabər əlillik müəyyənləşəcək. Eyni zamanda orqanizmin funksiyaları 31 faizdən 60 faizə qədər pozulubsa, əlavə kriteriyalar müəyyənləşəcək və gələcəkdə onların pensiyası hesablanarkən o faizlərə uyğun pensiyaların artımı müəyyən olunacaq. Yəni hazırkı III qrupun pensiyası 31-60 faiz orqanizmin funksiyası pozulanların start pensiyası hesab olunacaq, ancaq gələcəkdə pensiyalar artırılarkən bu pensiyalar orqanizmin funksiyası pozulması faizlərinə uyğun artacaq. Bu dəyişikliklər həm 18 yaşına qədər uşaqların, həm də 18 yaşından böyük əlillərin pensiyalarının geniş spektrdə müəyyənləşməsinə şərait yaradacaq”.

M. Quliyev bu dəyişiklərin bir çox üstünlükləri olacağını vurğulayıb: “Birincisi, artıq əlillik dərəcələrin özündə də faiz nisbətləri olacaq və buna uyğun olaraq vətəndaşın reabilitasiya potensialı müəyyənləşəcək, Fərdi Reabilitasiya Proqramı qəbul olunacaq. Gələcəkdə də onların pensiyaları artanda orqanizmin funksiyalarının itirilməsi faizlərinə uyğun artacaq”.

Parlamentin komitə sədri əlilliyin müəyyən edilməsi qaydasının dəyişdiyini də nəzərə çatdırıb: “Artıq qanunvericilikdə göstəriləcək ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (88 saylı forma) TƏBİB-in mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 gün müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 gün müddətinə uzadılmaqla keçiriləcək. İndiki halda isə əlilliyin müəyyənləşdirilməsi bir, hətta bir neçə ay çəkir. Bu da müsbət dəyişiklikdir. Bu qanunların gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.

Son xəbərlər

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Modellikdən sonra filmə çəkilir...

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930