Vətəndaşları təhqir edən deputat üçün ən pis hal: Mandatına “əlvida” deyə bilər

Milli Məclisin deputatı Etibar Əliyev parlamentdaxili intizam məsuliyyətinə cəlb oluna bilər.

Söhbət ondan gedir ki, mayın 18-da E. Əliyev sosial şəbəkə hesabında onun yazdıqlarına reaksiya verməyənləri dostluğundan çıxmasını tələb edib.

Onun yazdıqlarına reaksiya verməyib dostluğunda qalanları isə vicdansız hesab etdiyini deyib.

Deyəsən, Etibar Əliyev elə bilir ki, deputat statusu ona toxunulmazlıq verdiyinə görə, istədiyi fikri səsləndirə bilər. Halbuki elə deyil, toxunulmazlığın da sərhədləri var.

Birincisi, mənəvi baxımdan Etibar Əliyevin dedikləri təhqirdir, məsələ burasındadır ki, hüquqi müstəvidən də onun fikirlərində təhqir var.

Konstitusiyanın 89-cu maddəsinin 7-ci bəndinə əsasən, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Milli Məclisin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna nəzər yetirək:

Bildirilir ki, deputat vətəndaşlarla, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Etibar Əliyevin fikirlərində isə təmkindən çox “dəliqanlılıq” elementləri mövcuddur.

Etik davranış qaydalarının pozulmasına görə, deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Deputatlar “Deputatın etik davranış qaydaları haqqında” qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda parlamentdaxili məsuliyyətə cəlb olunur. Lakin kobud surətdə pozduğu hallar istisnadır, yəni buna görə, deputat barəsində daha sərt tədbir görülür.

Milli Məclisin deputatı barəsində aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilir: xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi.

Əgər deputatın hərəkətlərində qanunla müəyyən olunmuş qaydada pozuntu halları aşkarlanarsa, Milli Məclisin sədri deputat barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.

İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar parlamentin növbəti iclasında elan edilir.

İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər. İntizam komissiyasının üzvlərinə suallar verə bilər. Onlar deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə parlamentin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

İndi iki nəticə çıxara bilərik: Ya Etibar Əliyev ən yaxşı halda parlamentdaxili məsuliyyətə cəlb olunacaq, ən pis halda isə deputat mandatı ilə vidalaşacaq.

İkinci versiya isə inandırıcı gəlmir...

Son xəbərlər

Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

I sinfə qəbul başlayır

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930