Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…Çoxdur gözəl sənətkar mühəndis, həkim, zərgər,
Neftçı, bəstəkar.
İncə bir sənət də var.
Teatr sənətidir, həyatın zinətidir.
Biz səhnədə görürük sevimli artistləri,
Bax, bu yaxşıdır, bu da pis
Yaxşı nədir, pis nədir, onu öyrədir artist.


Bəli, sözün əsl mənasında, teatr həyatımızın zinətidir. Bugünkü və keçmış həyatımızın, estetik zövqümüzün formalaşmasında mühüm rol oynayıb və oynayır. Teatr yarandığı ilk gündən həyatın güzgüsünə çevrilib. Pis və yaxşını bir-birindən ayırd etməkdə avanqard olub.
Teatr sənətinin nə vaxt ortaya çıxdığını heç kim dəqiq bilmir. Bu aktual idi və demək olar ki, hər zaman yüksək mədəniyyətin göstəricisi idi. Teatr sənətinin dəyəri nədir? Niyə bu gün populyarlığını itirmir?
Teatr özünəməxsus nağıl ab-havası ilə məşhurdur. Kollektiv olduğu üçün kompleks bir sənətdir. Teatr işi bir çox detalın harmonik qarşılıqlı fəaliyyətini tələb edir. Bu mənzərə, oyun və ssenarinin özüdür.
Teatr sənəti müasir çağımızda belə həqiqətən misilsizdir, müxtəlif əyləncələrlə zəngindir. Digər mədəni istirahət növlərindən əsas fərqi nədir? Teatr aktyoru tamaşaçıdan ayırmır. Bu, mütləq canlı sənətdir. Tamaşa və aktyorlar prodüserlik müddətində praktik olaraq bir bütövdürlər. Bu, teatrın xüsusi cazibəsidir.
İzləyici şəxsən aktyorun rola necə alışdığını müşahidə edir. Demək olar ki, tamaşaçılar yaradılış prosesini görmək üçün misilsiz bir fürsətə sahibdirlər. Aktyor, əsl sənətkar kimi, lazımi obrazı yaradır və bütün bunlar burada və indi heyran olan tamaşaçı qarşısında.
Bu yazımızda dünənədək bu işıqlı dünyada var olan, bu gün isə haqq dünyasına qovuşan komik aktyorumuz Arif Quliyev haqqında bəhs etmək istəyirik. Əvvəla onu deyim ki, bu istedadlı və təkrarsız sənət fədaisinin ölüm xəbərini ilk dəfə olaraq may ayının 7-də gecə saatlarında “Tur.az” saytının rəhbəri, “Ədalət və həqiqət” qəzetinin təsisçisi və baş redaktoru Cəmil Dadaşov çatdırdı. İnanın gecənin bu aləmində elə bil başıma bir vedrə qaynar su ələndi, dünya başıma fırlandı. Bu hissləri ona görə keçirdim ki, son dövrlərdə mərhum səbnətkarımızla ilişgilərimiz olmuş, çalışdığım “Azərbaycan” qəzetinin yerləşdiyi “Azərbaycan” nəşriyyatının binasında tez-tez görüşlərimiz baş tutmuşdu. Bu münasibətin yaradıcısı dostumuz Cəmil müəllim idi. Görüşlərdə “Yeni Carçı” saytının rəhbəri Rahib Kərimli də dəfələrlə iştirak edib. Hər görüşümüzdə də məşhur aktyorumuzdan mənəvi qida alır, idstirahətimizin nə vaxt başlanmasından, necə qurtarmasından xəbərimiz olmurdu. Bu görüşlərin tez-tez olmasını arzulayırdıq.
Sonuncu dəfə təxminən bir ay əvvəl mərhum aktyorun ofisində ona baş çəkən Cəmil müəllim telefonla zəng etdi ki, durum gəlin. Xanəndə Əvəzxan müəllim də buradadır, gəlsəniz çox maraqlı bir görüşün təəssüratı ilə yaşayacaqsınız. Amma mən bu dövrdə səhhətimlə bağlı ciddi müalicə aldığım üçün onlarla görüşə bilmədim. İndi özümə bağışlaya bilmirəm ki, niyə getmədim. Gərək bu vəziyyətdə gedəydim. Əslində bu gün (7 may) də onun vida mərasiminə gedə bilmədim, çünki müalicəm gedir, həkim tapşırıb ki, özünü soyuqdan gözlə, məsləhətlərimə qulaq as və əməl et.
Ona görə istədim bu yazıyla “günah”larımı yuyum. Və bu yazını yazmağa qərar verdim. Ötən il Arif müəllimin 70 illik yubileyi idi, bu münasibətlə maraqlı bir yazı hazırlayıb saytda yerləşdirmişdik. Oçerkimin maraqlı olduğunu görən Arif müəllim görüşmək istəyirdi, amma koronanın tüğyan etdiyi vaxtlara düşdüyü üçün görüşümüzü başqa vaxta keçirməli olduq. Amma mən isə onunla görüşə bilmədim. Yəqin ki, nə vaxtsa o biri dünyada görüşəcəyik!..
Xatırlatma:

Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub. Arif Quliyev 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.
A.Quliyev müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Arif Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Yol əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazlar A.Quliyevin yaradıcılıq potensialının zənginliyini ifadə edir.
O, 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri idi.
Arif Quliyev 1982-ci ildə Respublika Gənclər mükafatına, 1988-ci ildə əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb. 1993-cü ildə Arif Quliyev Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. O, 1994-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrda qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Prezident təqaüdçüsü idi.


****

Bu fani dünyada elə insanlar var ki, ta doğuluşundan ömürlərinin son gününə kimi taleyin qisməti ilə barışmağı bacarırlar. Belə olmasaydı, bəlkə də heç uzun ömürlü və mənalı bir həyat yolu belə kecə bilməzdilər. Hətta zamanın tale yükü belə üzərlərinə böyük bir missiyanı qoymazdı. Özləri ilə bərabər ikinci bir insan taleyini də yaşamaq bəlkə də Rəbbimizin bu tip insanlarına bəxş etdiyi bir xoşbəxtliyidir. Bu insanlar sənət yükünü, yaradıcılıq axtarışlarını genişləndirdikcə, zamanın və həyatın gərdişində, üzdə taleyin bəxtəvərləri də adlanırlar. Bu bəxtəvərlər illər ötsə də, hər zaman yaddaşlarda yaşamağı bacarmaqla yanaşı, həm də həyat məktəbinin örnəyi sayılırlar. Vaxt və zaman çox halda bu kimi şəxslərin üzünə gülmür, həyatın enişli-yoxuşlu tale yükü onları min bir imtahana cəkir və sınayır. Bu həyat sınaqlarından alnıacıq cıxmağı bacaranlar isə, sözün əsl mənasında, fədaidirlər. Böyük sənət məktəbi keçən və öz sənət məktəblərini yaradan bu tip insanlar çox zaman həyatın gərdişində hər birimizin laqeyidliyindən unudulmağa məhkumdurlar. Kimisi övlad laqeyidliyindən, kimisi də ictimai laqeydlikdən. Bax, bu zaman onların üzərimizdə olan əsl insani haqq və duyğuları qəlbimizə hakim kəsilir. Duyğularımızı oyadır. Ötənləri bir daha təhlil etdikcə, zamanın gərdişində onları belə asanlıqla unutmağa heç nə ilə haqq qazandırmaq mümkün deyil.
Özəl Satira Teatrının şərəfli tarixinə nəzər yetirdikdə böyük səhnə ustası, respublikanın xalq artisti Arif Quliyevi yad etməmək, xatırlamamaq mümkün deyil. İstəməzdim ki, Arif Quliyev də bəzi sənətkarlar kimi unudulsun, taleyin gərdişi bu böyük sənətkarı da öz axarında unudulmağa məhkum etsin. Ən azından vaxtilə səhnəsində çıxış etdiyi Musiqili Komediya Teatrı, elə özünün yaratdığı Özəl Satira Teatrının kollektivi bu ustad sənətkarı yaddan çıxartmamalıdır.
Zəngin yaradıcılıq imkanlarına malik olan Arif Quliyev xarakterik və dramatik rolların da ustad ifaçılarından olub. Yumşaq, sakit təbiətə malik olan bu aktyorun yaratdığı obrazlar həmişə təbii, canlı və inandırıcı olub. Çünki aktyorluq bu insanın varlığında idi. Onun rəng və boyalarının zənginliyi və əlvanlığı, sənətinə ciddi münasibəti həm dramlarda, həm komediyalarda, həm də operettalarda bir-birindən fərqlənən orijinal obrazlar yaratmağa imkan verib.
Azərbaycan klassik aktyor məktəbinin məşhur davamçılarından olan Arif Quliyevin adı gələndə istər-isəməz üzlərə təbəssüm qonub. Onun teatrda, kinoda yaratdığı rollar insanlara həmişə sevinc dolu anlar bəxş etmişdi və filmlərdəki qəhrəmanları bu missiyanı həyata keçirməkdədir.
Böyük yumor ustası Arif Quliyev daim sevilib, onun sənəti, komizmi isə neçə-neçə sənətkar üçün əvəzsiz bir örnək olaraq Azərbaycan teatrının ayrılmaz tərkib hissəsi kimi gələcəkdə öyrəniləcək.
Deyirlər, yaşamaq da bir sənətdir. Taledən hər kəsə bəxş olunan sənət. Əsl insan isə bu ömrü mahir bir sənətkar kimi yaşayır. Arif Quliyev ömrü kimi. Şərəflə, ləyaqətlə!
Və bu xatiratımı Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nurlanə Əliyevanın “Günaydın” saytında dərc edilmiş “Gülüş ustası Arif Quliyev” sərlövhəli yazısının “Son söz yerinə” adlı bölümü ilə bitirmək istəyirəm.
“… 2021-ci ilin ilk günündə yerli mətbuatda Xalq artisti Arif Quliyevin ölüm xəbəri yayılmışdı. Onda Arif müəllim artıq bu cür şayiələrə öyrəşdiyini bildirmişdi :
- Zəng edib mənə deyirlər ki, Arif Quliyev dünyasını dəyişib?
Mən də zarafatyana dedim :
- Mən indi çöldəyəm, bir dəqiqə gözləyin, evə zəng edim, görüm məlumat dəqiqdir?
Məni o qədər “öldürdülər” ki, artıq özüm də ölümümə inanıram (gülür).
Siması təbəssüm dolu olsa da, gözləri kədərini gizlədə bilməyən gülən-güldürən, düşündürən İnsan ...
Kaş ki bu dəfə də sizi şayiələrdə öldürərdilər! - tamaşaçıların və sizi sevənlərin üzündə təbəssüm yaransın deyə!....
Kaş ki bu dəfə də özünüzə məxsus yumor hissiylə zarafat etmiş olaydınız!..
Bu dünyaya gəlib SALAM dediniz, amansız xəstəlik SAĞ OL deməyə imkan vermədi...”
Allah rəhmət eləsin!


Ruhunuza dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU
08 may 2021-ci il, saat 01-31

Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…
Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…
Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…
Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…
Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…
Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…
Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…
Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…
Gülən-güldürən, düşündürən  Arif Quliyev bu dəfə bizi ağlatdı…

Son xəbərlər

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930