Şirkəti əlindən alınan iş adamından niyə əl çəkmirlər? - “İdeal fırtına”

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov iki gün əvvəl həbs olunub. O, şirkətinin AZAL rəhbəri Cahangir Hacıyev və xanımı Zərifə Həmzəyeva tərəfindən əlindən zorla alındığını sosial media paylaşımlarında, müsahibələrində açıq şəkildə ifadə edirdi.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində iş adamına qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (ağır nəticələrə səbəb olan vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. İ. İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir.

İ. İsmayılovun yaxınları “Press Klub”a bildirib ki, o, özünü təqsirli bilmir, susdurulmaq üçün sifarişlə cəzalandırıldığını düşünür. Səbəb isə “İdeal”ın əlindən alınması ilə bağlı həqiqətləri açıqlamasıdır:

“Binəqədi rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi üçün prokurorun təqdimatına baxılanda da o, etiraz edib. Bildirib ki, ittiham əsassızdır, qondarmadır, o, heç bir cinayət törətməyib. Onu cəzalandırmaq üçün bu cinayət işi sifarişlə hazırlanıb”.

İlqar İsmayılov ikinci dəfə həbs olunur. Bundan əvvəl o, 2017-ci ilin iyununda həbs edilərək, 4 ay sonra – sentyabrda azadlığa buraxılmışdı. İş adamı həbsdən çıxandan sonra müxtəlif dövlət orqanlarına, məhkəmələrə şikayətlərində bildirirdi ki, həmin vaxt ona verilən dələduzluq ittihamı əsassız idi. Onun sözlərinə görə, məqsəd “İdeal”ı tam şəkildə əlindən almaq olub. Həbsdə qarşısına şərt qoyulub ki, ya “İdeal”ın bütün səhmlərini təhvil verməlidir, ya da uzunmüddətli həbs həyatına hazır olmalıdır.
Şirkəti əlindən alınan iş adamından niyə əl çəkmirlər? - “İdeal fırtına”

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin rəhbəri Cahangir Əsgərovu ittiham edirdi. Bugünlərdə o, “Facebook” paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşının hədə və tələbi ilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

“İdeal” mağazalar şəbəkəsini 1999-cu ildə yaratdığını və 2011-ci ilə qədər onun tək sahibi olduğunu deyən sahibkarın sözlərinə görə, həmin ilin noyabrında ona şəriklik təklif olunub. Təklif isə hazırkı “Premium Bank” (O zaman “SilkWay Bank” adlanırdı) rəhbərliyində təmsil olunan şəxslərdən gəlib. Razılaşma ilə İsmayılov 100 faizlik payının 50 faizini AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevanın şirkəti olan “Gazelli”yə satıb. İş adamı iddia edir ki, şirkətdəki qalan 50 faizlik payını satması üçün 2015-ci ildən təzyiqlərlə üzləşib. Bu üzdən daha 25 faizi təhvil verməli olub. Qalan 25 faizə gəlincə, İ.İsmayılovun iddiasına görə, onu saxta ittihamla həbs edib, qalan payını da əlindən alıb buraxıblar:

“Təsisçi kimi, razılığım və iştirakım olmadan şirkətə yeni direktor təyin olundu. Bundan sonra yeni direktor vasitəsilə saxta sənədlər və əsassız mülahizələrlə məndən prokurorluğa şikayət edildi. Guya şirkətin qanuni təmsilçisi olduğum dövrdə mənimsəmə halları baş verib. Şirkətimə tam sahib olmaq üçün “Gazelli”nin sahibləri mənə qarşı plan qurub, 7 iyun 2017-ci ildə heç bir rəsmi yoxlama sənədi olmadan, qanunsuz həbsimə nail oldular. Mənə qarşı daha bir təzyiq üsulu kimi, adıma saxta kredit müqaviləsi rəsmiləşdirdilər. Faktiki, bir manat da vermədikləri halda, mənə guya “Premium Bank”dan 5 milyon manat kredit verildiyi iddia olundu. O müqavilə də, mənim adımdan atılmış imza da saxta idi. 2017-ci ilin sentyabrında bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov vəkili ilə həbsxanaya gəldi, notarius dəvət elədilər. Mənə vəkilin adına etibarnamə imzalatdırdılar. Dedilər ki, “ya dediyimizi eləyəcəksən, ya da burada çürüyəcəksən, uşaqlarını düşün”. Həmin etibarnamə əsasında mənim 25 faizlik payımı da alqı-satqı yoluyla əlimdən aldılar. Dərhal ev dustaqlığına buraxıldım, ardınca cinayət işinə xitam verildi”.

İ. İsmayılovun sözlərinə görə, beləliklə, şirkətdə qalan payını və 100 faiz ona məxsus olan “İdeal” əmtəə nişanını “Gazelli”nin sahiblərinə verib.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”yə daxil edilib. İlqar İsmayılov bir il öncə məhkəmədə iddia qaldıraraq, “Adore Company”nin bank hesablarının üzərinə həbs qoyulmasına nail olmuşdu.

“İdeal”ın zorla əlindən alındığını deyən İlqar İsmayılovun “Adore Company” şirkətinə qarşı iddiası təmin olunacağı halda, ona dəyən ziyanın ödənilməsi üçün bəri başdan tədbir kimi, şirkətin hesabları dondurulmuşdu. Bu qərar şirkətin müxtəlif banklarda (“Paşa Bank”, “Kapital Bank”, “Unibank”, “AFB Bank” və s.) olan hesablarını əhatə edirdi.

2020-ci ilə qədər “İdeal”, “Sabina” alınandan sonra isə “Adore” adlandırılan şirkətin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyevi Nərmin İsmayılova əvəzləyib.

“Premium Bank”dan isə saxta kredit müqaviləsi haqda deyilənləri təkzib ediblər. Bankdan mediaya açıqlamada bildirilib ki, İlqar İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb və onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İlqar İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətə uyğun deyil.

“Premium Bank” AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevaya məxsusdur. O, bankın əsas səhmdarıdır. //PRESSKLUB.AZ//

Son xəbərlər

Nazir özünə yeni müşavir təyin etdi - Foto

Finlandiyalı bloqer estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi

Azərbaycan BMT-nin mühüm konvensiyasına qoşuldu - Foto

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Solmaz Şirin : CAVANLIQ - FOTO

XƏLİL MİRZƏ : Bu səfar dərdinəm - FOTO

Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum olub

Pentaqondan Hörmüz açıqlaması - “6 ay bağlı qalması mümkün deyil”

“Xalxın uşaqları”ndan tövsiyələr - Fotolar

“Bunun üçün ABŞ-dən “yaşıl işıq” gözləyirik”

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Həkim olmaq böyük məsuliyyətdir - FOTOLAR

Ədviyyatların boyatladığını göstərən 4 işarə

“Ad günümü səhnədə qeyd edəcəyəm” - 60 yaşlı Məleykə

Ölkədə yeni dələduzluq forması peyda OLUB - Vətəndaşın adına onlayn kredit götürüldü

“Avroviziya” təmsilçimiz yeni obrazda - FOTOLAR

Türkiyəli məşhur aparıcıda xərçəng aşkarlandı - FOTO

Bakı bulvarında yeni nəfəs - Caz və Şərab Festivalı başlayır+Fotolar

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930