Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edirAzərbaycan Prezidenti İlham Əliyevin dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamının icrası üzrə tədbirlər çərçivəsində Belqradda “Yuqoslaviya kinoteatrında” şairin serb dilinə tərcümə edilmiş şeirləri məcmuəsinin təqdimatı və tarixdə ilk dəfə olaraq “Nəsimi” bədii filminin serb subtitrləri ilə nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Serbiyanın qanunvericilik orqanının Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun üzvləri, dövlət xadimləri, hökumətin, diplomatik korpusun üzvləri, Serbiya paytaxtının yaradıcı və elmi dairələrinin, həmçinin ölkənin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Serbiya Kral Akademiyasının üzvü, akademik Sokol Sokoloviç çıxış ediblər.

“Nəsimi” filminin subtitrlərlə nümayişi qonaqlarda böyük maraq doğurub və gurultulu alqışlarla başa çatıb.

Son xəbərlər

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

Vaqif Vüqar : Qəlbində sevgi, əlində Turan bayrağı... - FOTO

İraqın Baş naziri Tehrana gələcək

ABŞ hərbçilərinin öldüyünü etiraf etdi

Dünya Kubokunun ulduz çıxışı - FOTOLAR

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

Argentina nadir antirekordunu təkrarladı

BDYPİ-dən ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq

Çimərliklərdə bu günə gözlənilən hava şəraiti açıqlandı

Vaqif Poeziya Günləri başa çatdı - Fotolar

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031